185
Heydərbaba, mərd oğullar doğginan,
Namərdlərin burunların ovginan,
Gədiklərdə qurdları tut boğginan,
Qoy quzular ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.
Heydərbaba, sənin könlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar.
M. Şəhriyar
Fəhlə əli
Alovmu?
Şimşəkmi?
Bu necə sirdir?
Alovda közərib, odda bərkiyib.
Bilmirsən poladdır, bilmirsən dəmir,
Poladlar sındırıb, dəmirlər əyib.
Şaxtada köməşib, qarda büzüşməz,
Nə tikan qanadar, nə iynə batar.
Gecəni
gündüzlə eyləyib əvəz
Nəhəng qayaları baş-başa çatar.
Yetişib köməyə, çatıb haraya,
Ona bərk də tanış, boş da tanışdır.
Qalxıb uzansa da, ulduza, aya,
Özgə süfrəsinə uzanmamışdır.
Ovcunda qaynayıb coşur bu əlin
Zavod da, mədən də, torpaq da, su da.
Qızılgül ətritək xoşdur bu əlin
Benzin qoxusu da, neft qoxusu da.
Həyatda qardaşım tək deyil mənim,
Qardaş yol yoldaşım, iş qardaşımdır.
Beş möhkəm barmağı
elə bil mənim
Arxamda dayanan beş qardaşımdır.
186
Bağlı qapıları açdıq bu əllə,
Hikməti dərində, gücü dərində.
Barıt
ləkələri duyulur hələ
Döyüş illərinin yara yerində.
Məramı, məqsədi, əməyi təzə,
Həyatı güldürər, dünyanı bəzər.
Yer olmaq istəsə - Kürreyi-ərzə,
Nur olmaq istəsə- Günəşə bənzər.
Bir şair ömrünün qırışıqları
Neçə yeni nəğmə, yeni əsərdir.
Bir fəhlə əlinin kiçik qabarı
Neçə geniş küçə, böyük şəhərdir.
Bu əllə alışıb ocağım, közüm,
Onsuz günüm, ayım, ilim üşüyər.
Sinədə ürəyim, dodaqda sözüm,
Ağızdan xəbərsiz dilim üşüyər.
Yaratmaq arzusu, yazmaq əməli,
Fikrimi, hissimi çulğayıb yenə.
Sığarmı?
Sığmazmı?
Bir fəhlə əli
Bir şair ömrünün nəğmələrinə.
H.Arif
Dostları ilə paylaş: