180
Şərti işarələr
İfaçılıq vəzifəs
i
Nə ədalət, nə gerçək, /
Vallah yoxdu / o gecə.
Zülüm zalım / əlilə
Haqqı boğdu / o gecə. //
Kimə deyim / dərdimi?/
Qəsbkar namərdəmi?/
Yetmiş ilin / dərd-qəmi /
Gözdən axdı / o gecə.//
Analar / amanından /
Sinələr oldu / şan-şan. /
Şəhidlərin / qanından
Şimşək çaxdı o gecə. //
Nə deyək/ bu vəhşətə,/
Bu zülmə, /bu dəhşətə!
Allah bu/ müsibətə/
Necə baxdı/ o gecə?//
Dinləyicilərə günahsız insanların
şəhid olmasının
şairdə doğurduğu
dərd, kədər ovqatını aşılamaq.
Orta tempdə
Kədərli
Namərd qəsbkarların cinayətinə
etiraz hissi oyatmaq.
Aramla
Hüznlü
Anaların dərdinə şərik olmaq hissi
aşılamaq.
Aramla
Hüznlü
20 Yanvarda baş verən qırğını
törədənlərə şairin
nifrəti barədə
təsəvvür yaratmaq, dinləyicilərdə
etiraz hissi oyatmaq.
Aramla
Hərarətlə
M.Füzulinin “Söz” qəzəl janrında, əruz vəznində yazılmışdır.
Ədəbiyyatımızda söz haqqında çox əsər vardır. M.Füzulinin “Söz”
qəzəlinin həmin əsərlər içərisində öz məzmunu, məna, ideya dərin-
liyi ilə seçilir. Şair əsərdə sözlə bağlı düşüncələrini,
sözün cəmiy-
yətin, insanın, sənətkarın həyatında rolu barədə fikirlərini yüksək
sənətkarlıqla ifadə etmiş, oxucunu sözün məna gözəlliyini duymağa
səsləmişdir.
Qəzəl əruz vəzninin rəməl bəhrindədir. Əsərin
failatün
təfiləsi
(qəlibi) üzrə bölgüsü aşağıdakı cədvəldə göstərilmişdir:
fAilAtün
fAilAtün
fAilAtün
fAilün
Xəlqə ağzın
sirrini hər
dəm qılır iz
har söz...
181
Şeirdə
şairin ədəbi, ictimai fikirləri, söz sənətinə verilən
tələblər,
sözə məsuliyyətli yanaşmaq, hər bir insanın sözə dəyər
verməsinin zəruriliyi də öz əksini tapmışdır. Hər beytdə ifadə
olunmuş fikirlərin aydınlaşdırılması əsərin ideyasının
başa düşül-
məsi baxımından zəruridir.
Qəzəlin ideya-məzmunun mənimsədilməsi məqsədilə beytlər-
dəki tanış olmayan sözlərin mənasının aydınlaşdırılması, ifadə olun-
muş fikirlərin aydınlaşdırılması məqsədilə sual və tapşırıqlardan
istifadə edilir. Əsərin ideya-bədii təhlili aparıldıqdan sonra ifadəli
oxu üzrə iş təşkil edilir.
Dostları ilə paylaş: