195
yəsi müsahibə vasitəsilə aşkara çıxarılır:
1.
Yaralı Qanpolad öz qatili haqqında nə deyir?
2.
Muradın imdad istədiyini görən Səlma nə edir?
3.
Səlmanın kim olduğunu bilən Murad nə etmək istəyir?
4.
Əsərin sonunda Səlma kimlərə müraciət edir? O, müra-
ciətində nə deyir?
Əsərin təhlilinə həsr olunmuş dərsdə kiçik qruplar aşağıdakı
sual və tapşırıqlar üzrə təqdimat hazırlayır.
1.
Səlma ananın nitqinə, xasiyyətinə, yazıçının
münasibətinə
əsaslanmaqla səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirin.
2.
Qanpoladın qan tökməmək, qatildən
qisas almamaq fikrinə
necə münasibət bəsləyirsiniz? Onu səciyyələndirən başlıca cəhətləri
göstərin.
3.
İsmət obrazının səciyyəvi cəhətləri hansılardır? Fikrinizi
nümunələrlə əsaslandırın.
4.
Orxanın xasiyyətində hansı cəhətlər diqqəti cəlb edir?
Fikrinizi
onun nitqinə, əməllərinə əsaslanmaqla aydınlaşdırın.
5.
Murad obrazı haqqında nə düşünürsünüz? Onun öz hərə-
kətindən peşman olması nə ilə əlaqədardır?
6.
Cavid bu əsəri nə üçün dram adlandırmışdır?
Əsərdə dram
janrına xas olan hansı xüsusiyyətləri göstərə bilərsiniz?
7.
Dramın mövzusunu və onda qaldırılmış başlıca problemi
müəyyənləşdirin. Çıxardığınız nəticəyə
əsasən cədvəldə qeydlər
edin.
8.
Dramın məzmunu ilə səsləşən atalar sözlərini seçib
dəftərinizə yazın.
-
Ana haqqı, tanrı haqqı.
-
Anası namaz üstə imiş.
-
Qanı qanla yumazlar.
-
Ana ürəyi- dağ çiçəyi.
-
Ana evin dirəyidir.
-
Ana səbri böyükdür.
-
Qanlıyam, qapından girmişəm.
9.
Əsərdəki başılıca fikir nədir? Fikrinizi əsaslandırın.
10.
H.Cavidin aşağıdakı misralarından çıxış
edərək əsərin
müasir dövr üçün əhəmiyyətini izah edin.
196
-
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
-
Mənim tanrım gözəllikdir, sevgidir!
Dramın məzmunu, obrazların
səciyyəsi, konflikti, başlıca
problemi, ideyası, bədii xüsusiyyətləri aydınlaşdırıldıqdan sonra,
qruplara əsərdən ayrı-ayrı parçaların ifadəli oxusuna hazırlaşmaq
(
Dostları ilə paylaş: