Bilal Həsənli Nazilə Abdullazadə


Rollar üzrə oxu əsərin təhlilindən sonra həyata keçirilir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə112/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Rollar üzrə oxu əsərin təhlilindən sonra həyata keçirilir.
İfaçıların əsərin ideya-məzmunu, bədii sənətkarlıq xüsusiyyətləri 
barədə bilklərə yiyələnməsi ifadəli oxu üzrə bacarıqların tətbiqinə 
zəmin yaradır.Rollar üzrə oxu üçün dramatik əsərlərdən müəyyən 
səciyyəvi parçalar seçilir.
İfaçılıq vəzifələri müəyyənləşdirilərkən 
hər səhnənin, dialoqun, monoloqun mətnaltı mənası, hər bir 
personajın özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri -xasiyyəti
nitqi, hərəkətləri nəzərə alınır.
Rollar üzrə oxu üçün seçilən ifaçıların bu və ya digər perso-
najın xasiyyətini, nitqini, hərəkət və davranışlarını dinləyicilərə 
inandırıcı şəkildə çatdırmaq imkanları nəzərə alınmalıdır. Bu ba-
xımdan rollar üzrə oxu ifaçıdan personajın nitq xüsusiyyətlərinin, 
intonasiya boyalarının müəyyənləşdirilməsi və çatdırılmasına nail 
olmaq üçün əvvəlcədən müəyyən məşqlər, hazırlıq tələb edir. 
Rollar üzrə oxu əsərin şagirdlərdə doğurduğu estetik-emosional
təəssüratı, mövzu üzrə qazanılmış bilik və bacarıqları daha da 
dərinləşdirir. 
 
 


194 
Dramatik əsərlərin ifadəli oxusu üzrə dərs nümunəsi 
 
H.Cavidin “Ana” əsərinin ifadəli oxusuna hazırlıq əsərin məz-
mununun mənimsədilməsi üzrə işlə başlayır. Müəllimin tapşırığı ilə 
çagirdlər əsəri əvvəlcədən evdə oxuyurlar. İlk dərsdə müəllimin 
giriş sözü və ya müsahibəsi aparılır. 
Müsahibə zamanı şagirdlərə xatırladılır ki, ana haqqında xeyli 
əsər yazılmış, mahnılar bəstələnmiş, rəsm əsərləri yaradılmış, film-
lər çəkilmişdir. Bu mövzuda Xaqani, M.Müşfiq, C.Cabbarlı, 
S.Vurğun kimi sənətkarlarımızın şeirləri dillər əzbəridir. 
1909-cu ildə yazılmış “Ana” dramı Hüseyn Cavidin ilk səhnə 
əsəridir. Yaradıcılığının ilk dövrlərindən başlayaraq, cəmiyyətdə 
mövcud olan problemlər dramaturqu düşündürmüş, o, insanların 
qarşılaşdığı haqsızlıq, ədalətsizliyi, onların həyatını zəhərə dön-
dərən mənfilikləri tənqid etmişdir.
“Ana” dramında sənətkarın insanpərvərlik duyğularının bədii 
əksi diqqəti cəlb edir. Sənətkar əsərdə ağır bir faciə ilə üzləşən 
ananı xeyirxahlığın, insanpərvərliyin, əmin-amanlığın simvolu kimi 
təqdim edir. 
Əsərin I hissəsinin oxusu təşkil edilir. Tanış olmayan sözlərin 
mətnə müvafiq mənasının aydınlaşdırılır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin