Bilal Həsənli Nazilə Abdullazadə


Dramatik əsərlərin oxusunun məktəbdə üç növü həyata



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə111/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Dramatik əsərlərin oxusunun məktəbdə üç növü həyata 
keçirilir: a) müəllimin nümunəvi ifadəli oxusu; 
b) Əsərin şagirdlər tərəfindən fərdi oxusu; 
c) Əsərin şagirdlər tərəfindən rollar üzrə (dramatik oxu) 
oxunması. 
Fərdi və rollar üzrə oxunun həm oxşar, həm də fərqli cəhətləri 
var. Əsərin ideya-məzmununu, janr xüsusiyyətlərini çatdırmaq hər 
iki oxunun əsas məqsədidir.
Dramatik əsərin fərdi oxusu prosesində personajların hamısına 
çevrilmək mümkün olmadığı kimi, vacib də deyildir. Lakin fərdi 
oxuda personajların hər birinin hissinin, dşüncə və niyyətinin 
çatdırılması (intonasiyada ifadə edilməsi), həmçinin nitqinin səciy-
yəvi cəhətlərinə işarə edilməsi zəruridir. Bu, əslində əsərin daxili 
mənasının dinləyiiciyə çatdırılması, ifaçının vəzifəsinin reallaşdırıl-
ması deməkdir. Fərdi oxudan fərqli olaraq, dramatik oxu ifaçının 
obraza çevrilməsini tələb edir.
1
Səhnədə oynanılmaq üçün yazılmış dramatik əsərin fərdi oxusu 
1
Hüseynoğlu S. İfadəli oxunun əsasları. Bakı :ADPU, 2010, s.129.


193 
ifaçıdan böyük zəhmət və yaradıcılıq tələb edir. Dramatik əsərdə 
təsvir olunanların – obrazların xarakterinin, hərəkət və danışığının, 
hadisələrin dinləyicilərin gözü qarşısında canlandırılmasına nail 
olmaq üçün ifaçı öz təəssüratlarına, təxəyyülünə əsaslanmaqla 
əvvəlcədən hazırlıq işləri aparmalı, “fərdi oxu məşqləri” etməlidir.
Dramatik əsərlərin sinifdə oxunması mühüm əhəmiyyət kəsb 
edir. Dramatik əsərlər irihəcmli olduğuna görə əsərin bütövlükdə 
müstəqil oxusu şagirdlərə əvvəlcədən ev tapşırığı kimi verilir. 
Müəllim mətnin məzmununun mənimsənilməsinə həsr olunan 
dərsdə dramatik əsərin ideya-məzmununun açılması baxımından 
daha əhəmiyyətli parçaların oxusunu təşkil etməlidir. Oxudan əvvəl 
müəllimin giriş sözü vasitəsilə şagirdlərdə əsər barədə ilkin təsəvvür 
yaradılması vacibdir.
Dramatik əsərlərin fərdi oxusu zamanı müəllimin şərhlərinə 
ehtiyac duyulur. Lakin müəllim çalışmalıdır ki, ifadəli oxu zamanı 
əsərin məzmununun başa düşülməsi baxımından zəruri saydığı
şərhlər oxunun yaratdığı təəssüratın bütövlüyünə, tamlığına xələl 
gətirməsin.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin