210
Şagirdlərə şeirin bənd-bənd ifadəli oxusunu hazırlamaq tap-
şırılır. İfalar dinlənilir və müzakirə edilir. Şeirin bütün bəndləri üzrə
də bu qayda ilə iş aparıldıqdan sonra
əsərin bütövlükdə ifadəli
oxusu təşkil edilir. Qruplarda iş zamanı
hər bəndin məzmununa
uyğun intonasiya çalarının düzgün müəyyənləşdirilməsinə
xüsusi
diqqət yetirilir. Belə ki əsərində birinci bəndində Vətənin təbiətinin
gözəlliyinə heyranlıq hissi
ifadə edilirsə, orta bəndlərdə bu, parça-
lanmış ana yurdun taleyindən irli gələn kədər, nisgil ovqatı ön plana
çıxır. Sonuncu bənddə isə şairin Vətənin birliyinə qəti inamı
ifadə
olunur.