208
V sinifdə Ə.Tudənin “Yaşayanlar görəcəkdir” şeirinin
ifadəli oxusu
üzrə dərs nümunəsi
1
Lirik əsər üzrə ifadəli oxunun təşkili zamanı
nəzərə almaq la-
zımdır ki, ifadəli oxu şeirdəki ovqatın, ahəngdarlığın, musiqililiyin,
lirik qəhrəmanın hiss və həyəcanlarının, düşüncələrinin duyulma-
sına zəmin yaradır.
Şagirdlər ifadəli oxu ilə bağlı əvvəlki dərslərdə müəyyən
bacarıqlara yiyələnmişlər. Onlar liirik şeirin oixusunda fasiələrə
əməl
etməyin vacibliyi, məntiqi vurğulu sözlərin fərqləndirilməsi,
səsin fərqli keyfiyyət qazanması barədə məlumatlı olur.
Dərsdə şagirdlərin ideya-məzmunu,
bədii xüsusiyyətləri üzrə
əvvəlki dərslərdə mənimsədiyi biliklər müsahibə vasitəsilə xatırla-
dılır. Bəzi sözlərin, ifadələrin (mehman, ümman, can) işlənmə mə-
qamına görə məna çalarları bir daha aydınlaşdırılır. “Parçalanmış
Ana torpaq”, “Lal sərhəd”, “Haray çəkir insan kimi”, “Dalğalandı
ümman kimi” epitet və bənzətmələrin əsərin bədii təsir gücünün
artırılmasında, müəllif niyyətinin qabarıq ifadəsində rolu aydın-
laşdırılır. Bu, şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi, məna-
sını yeni öyrəndikləri söz və ifadələrdən müxtəlif situasiyalarda
istifadə
etmələri, həm də mənasını dəqiq bildikləri sözü məzmuna
uyğun intonasiya ilə demələri baxımından əhəmiyyətlidir.
Dərsin əvvəlində müəllimin “Yaşayanlar görəcəkdir” şeirini
Dostları ilə paylaş: