198
İzzət
Kim bilir! Bəlkə hiç o yoqdur evdə.
(Bu sırada qarmon səsi eşidilir.)
Orxan
İştə qarmon səsi! Odur əlbəttə.
Odur, o!.. Baq, nasıl ruhlu bir çalğı?
İzzət
Əvət, məhzun gönül, məhzun musiqi.
Orxan
Ah, qız nə qız! Sultanlara layiqdir,
Fəqət zalım Qanpolada aşiqdir.
Hər gün xəbər tutar gedib-gələndən,
Onun adı bir an düşməz dilindən.
Zavallı! Kəndi hüsnündən xəbərsiz,
Bilmiyor ki, eşqində divanəyiz!
Bilməm ona nasıl dərd anlatmalı,
Yalnız yalvarmalı, ya qorqutmalı.
Kəndisi arqasız, yoqsuldur gərçi
Lakin o qızda bir böyüklük var ki,
Hər zaman rast gəlsəm ruhum sarsılır,
Dilim söz söyləməkdən aciz qalır.
İzzət
Orxan, sən bir yigidsən! Düşün bir az,
Billah, bu hal sana əsla yaraşmaz.
Orxan
Pəki nə yapmaq gərək?
İzzət
Bıraq varsın,
Qız kəndisi gəlsin sana yalvarsın.
Orxan
Xayır, bu iş mümkün deyildir haşa!
Bən dərdimi açıb da başdan-başa
Eşqimi söylərim, riza göstərsə
Xoşbaxt olur...
Dostları ilə paylaş: