Bilal Həsənli Nazilə Abdullazadə


ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə116/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRƏ
İFADƏLİ OXU BACARIQLARININ AŞILANMASI 
(Dərs nümunələri) 
 
“Ana maral” ə
fsanəsinin ifadəli oxusu üzrə dərs nümunəsi
1
.
 
 
Məqsəd
: – sadə süjetli əsərlərdəki təsvirləri məzmununa uyğun 
ifadəli oxuyur; 

əsərin ifadəli oxusunda nitq texnikasının tələblərinə əməl 
edir; 

çıxışlara faktlar, dəlillərlə münasibət bildirir. 
 
Dərsin tipi: 
deduktiv.
İş forması: 
fərdi iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş.
 
Metod və priyomlar:
diskussiya, problemin həlli, ifadəli oxu.
Təchizat
: dərslik, iş vərəqləri. 
 
Dərsin gedişi 
Ev tapşırığının qavranılma səviyyəsi müzakirənin təşkili ilə 
müəyyənləşdirilir.
Epik əsərin ifadəli oxusu üzrə işin təşkili zamanı müəllim 
nəzərə almalıdırlar ki, ifadəli oxu mətndəki təsvirlərin, təhkiyənin 
mahiyyətinin qavranılmasına, əsərin ideyasının, qəhrəmanlarının 
dərk edilməsinə xasiyyət və əməllərinin dərk edilməsinə və onlara 
əsaslandırılmış münasibət bildirilməsinə imkan yaradır. 
Müəllim dərsin əvvəlində şagirdlərə IV sinifdə ifadəli oxu ilə 
bağlı müəyyən bacarıqlara yiyələndiklərini xatırladır. Şagirtdlər 
müəllimin istiqamətləndirici sualları əsasında əfsanənin ideya-məz-
munu ilə biliklərini bir daha xatırlayırlar. Qeyd edilir ki, əsərdə in-
sanın təbiətə, onun bütün canlılarına xeyirxah və ədalətli olması, 
yaxşılığın da, yamanlığın da itməməsi fikri ifadə olunub. Təbiətə 
qəddar münasibət bəsləyı nlərin əslində özünü cəzalandırmış olma-
sından söz açılıb. 
1
Bax : Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. 5-ci sinif. 
Müəllim üçün metodik vəsait.Bakı: Bakınəşr, 2014.s.54-57. 


205 
Şagirdlərə əfsanənin ifadəli oxusu ilə bağlı bəzi qaydalar, dərs-
likdə verilmiş işarələr sistemi haqqında məlumat verilir: Sözlər və 
cümlələr orfoepiya qaydalarına uyğun oxunmalıdır.
Əfsanənin mətnindəki cümlələri iki yerə bölmək olar: hadisə 
haqqında məlumat verən, əhvalatı nağıl edən təhkiyəçinin (müəl-
lifin) sözləri və qəhrəmanların sözləri. Təhkiyəçinin sözləri aramla, 
nağılvari bir tərzdə oxunmalıdır. Qəhrəmanların – Nurəli kişinin, 
arvadı Fatimənin, oğlu Bəhruzun, həkimin sözləri isə obların əhval-
ruhiyyəsinə uyğun intonasiya ilə oxunmalıdır. Müəllim əyanilik 
üçün şagirdlərə əsərdən bir parçanın nümunəvi ifadəli oxusunu 
nümayiş etdirir. 
Məlumdur ki, ifadəli oxu zamanı durğu işarələri ilə əlaqədar 
fasilələr etmək zəruridir. Şagirdlərin diqqəti dərslikdə ifadəli oxu ilə 
bağlı durğu işarələrinin əks etdirildiyi cədvələ yönəldilir, izahat 
verilir. Məktəblilərin nəzərəinə çatdırılır ki, bu əfsanəni oxuyanda 
da durğu işarələrinin tələb etdiyi fasilələrə əməl olunmalıdır. Eyni 
zamanda əsərin oxusu zamanı durğu işarələrindən asılı olmayaraq 
mətnin məzmununa uyğun fasilələr etmək zəruridir. Qeyd edilir ki, 
fasiə qısa, orta, uzun ola bilər. Qısa fasilədə /, orta fasilədə //, uzun 
fasilədə /// işarəsi qoyulur. 
Şagirdlərə ifadəli oxunun tələblərinə uyğun olaraq məntiqi vur-
ğu ilə bağlı ilkin məlumat verilir, cümlədə məntiqi vurğulu sözün 
müəyyənləşdirilməsi qaydası öyrədilir. Müəllimin tapşırığı ilə şa-
girdlər mətndən “Kənddə məşhur ovçu kimi tanınan Nurəli kişi me-
şədən çox pərişan qayıtdı” cümləsindən Arvadının və oğlunun 
gözləri qabağında neçə il yoldaşlıq etdiyi tüfəngin lüləsindən tutub 
onu daşa çaxdı” cümləsinədək olan parçanı səssiz oxuyurlar. 
Şagirdlərə xatırladılır ki, əsərdəki bəzi sözlər yazılışından fərqli 
tələffüz olunduğuna diqqət yetirsinlər, həmin sözləri müəyyənləşdi-
rib düzgün tələffüz formasını qeyd etsinlər. Eyni zamanda əfsanə-
dən aşağıdakı parçada fasilələrin, məntiqi vurğulu sözlərin müəy-
yənləşdirilməsi, mətn üzərində şərti işarələr qoyulması tapşırılır: 


206 
“[Kəntdə] məşhur ovçu kimi tanınan Nurəli kişi / meşədən 
çox
pərişan
qayıtdı. // Arvadı Fatimə, /oğlu Bəhruz/ onu 
qarşılamağa çıxdılar. //Kişi / fikir dəryasına qərq olmuşdu. // 
Fatimə bir addım irəli atıb / ərinin [çiyninnən] lüləsi aşağı 
sallanan tüfəngi [götürməy] isdədi. // Nurəli kişi ona mane oldu. 
//Ağır addımlarnan evin arxasına [keşdi]/ /. Tüfəngi [çiyninnən]
aşırdı. Arvadının və oğlunun [gözdəri] qabağında neçə il 
[yoldaşdıx] etdiyi tüfəngin [lüləsinnən] tutub onu daşa çaxdı. ///” 
Müəllim ifaçılıq vəzifəsini müəyyənləşdirmək üçün şagirdlərə 
belə bir sualla müraciət edir: oxuduğunuz parçada dinləyiciyə hansı 
fikri çatdırmaq lazımdır? Müxtəlif fikirlər dinlənilir, “Murad kişinin 
ovdan fikirli, əsəbi vəziyyətdə qayıtdığını dinləyicilərə çatdırmaq” 
fikri üzərində dayanılır. Müzakirə nəticəsində belə bir qənaət yara-
dılır ki, oxunmuş hissənin məzmununa uyğun olaraq, təhkiyəçinin
sözləri aramla, nağılvari, asta tonda, sakit tərzdə oxunmalıdır.
Şagirdlərə əsərdən ikinci hissənin (“– Daha günaha batmaq 
istəmirəm” cümləsindən “ Ay kişi, sən ki ən böyük xeyirxahlıq 
eləmisən, day niyə qəm dəryasına batırsan” cümləsinədək) səssiz 
oxusu tapşırılır. Oxu başa çatdıqdan sonra müəllim şagirdlərə 
suallarla müraciət edir: 
-
Ovdan əsəbi, qanıqara qayıtmış Nurəli kişinin sözləri necə 
oxunmalıdır? Onun səsinin tonu necədir? 
- Bəs arvadı Fatimənin, oğlu Bəhruzun sözləri necə oxun-
malıdır? 
Şagirdlərin cavablarında Nurəli kişinin əvvəlcə əsəbi, yüksək 
tonla, sonra isə özünü ələ alıb nisbətən sakit tərzdə, peşman əhval-
ruhiyyədə, günahkarcasına danışdığı, Fatimə ilə Bəhruzun isə müla-
yim, sakitləşdirici tərzdə, canıyananlıqla söhbətə qoşulduğunu qeyd 
edirlər. 
Müəllim şagirdlərin diqqətini ayrı-ayrı qəhrəmanların danışı-
ğında səs tonunun, intonasiyanın dəyişdiyinə cəlb edir: 
Bəs aşağıdakı cümlə necə oxunmalıdır: “Fatimə hövsələsini 
basa bilmədi: 
– A kişi, tez ol, mətləb üstə gəl!” 


207 
Müzakirə nəticəsində şagirdlərə aydın olur ki, bu cümlənin 
oxusu zamanı Fatimənin səbirsizliyi, artıq həyəcanlanmağa başla-
dığı çatdırılmalıdır. Odur ki, həmin cümlə nisbətən uca tonda, həyə-
canlı, hökmlü tərzdə deyilməlidir. Müəllim ifadəli oxu üçün nəzərdə 
tutulan mətni vərəqlərdə qruplara paylayır. Hər qrup mətnlə tanış 
olduqdan sonra hər parçanın ifaçılıq vəzifəsini və oxuda intonasiya 
çalarlarını müəyyənləşdirir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin