Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

lirik şeirlərin mövzusu
da nəzərə alın-
malıdır. Vətən, qəhrəmanlıq, anaya məhəbbət mövzusunda şeirlər 
doğma yurda məhəbbət, soykökünə bağlılıq duyğusunu qüvvətli 
hiss-həyəcanla əks etdirdiyi üçün yüksək pafosla, coşqunluqla, 
təntənəli şəkildə deyilməlidir.
Peyzay lirikası nümunələrində vətənin gözəllikləri, meşələri, 
çayları, ceyran qaçan, cüyür mələyən düzləri, ilin müxtəlif fəsil-
lərinin doğurduğu duyğular, təbiətə heyranlıq, vurğunluq hissi 
tərənnüm olunur. İfaçı bu gözəlliyi səslənən sözlə dinləyicilərin 
gğzləri önündə canlandırmalı, əsərdəki ovqata uyğun dolğun təsəv-
vür, hislər, duyğular yaratmalıdır. Bu cəhət ifadəli oxuda səmimiy-
yət, inandırıcılıqla, emosional boyalarla çatdırılmalıdır.
Məhəbbət mövzusunda şeirlərin ifadəli oxusunda lirik qəh-
rəmanın fərqli hiss-həyəcanları, səmimi duyğuları - kədəri, sevinci, 
vüsal həsrəti, heyranlığı, sevgisinə cavab almamasından doğan 
məyusluğu, bədbinliyi, əhdinə sədaqəti öz əksini tapdığı üçün 
yüksək emosionallıq və inandırıcılıqla, təsirli bir tərzdə öz əksini 
tapmalıdır. 
Sənətkarın dünya, həyat, yaşamağın mənası, xoşbəxtlik, insan 
taleyi haqqında düşüncələrini, mühakimələrini əks etdirən fəlsəfi 
lirika nümunələrinin ifası zamanı emosionallıqla yanaşı, inandırı-
cılıq, ciddilik, təmkinlilik aparıcı yer tutmalıdır. 
Ə.Cəfər əsərin oxucuda emiosional ovqat yaradılmasında qafi-
yənin səslənən söz vasitəsilə çatdırılmasının əhəmiyyətini qeyd 
edir: “Vəzn şeirə hərəkət və qanad verir, şeir vəznlə qanadlanır. 
Qafiyə eşitmə duyğusu vasitəsilə dinləyənə bədii zövq gətirir... Şeir 
deyilən incəsənət əsəri vəznin və qafiyənin, xəyal, fikir, hiss, ideya 
ifadəçisi olan bədii sözün vəhdətindən ibarətdir.”
2
1
Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Maarif, 1978, s. 38.
2
Bax : Şəmsizadə N. Ədəbiyyat nəzəriyyəsi. Bakı:Proqress, 2012 s. 150-151.


164 
Lirik əsərlərin ifadəli oxusunda 
pafosun
- əsərdə öz əksini 
tapmış başlıca fikrin, qüvvətli hiss və həyəcanların, emosional 
ovqatın nəzərə alınması vacibdir. Ə.Mirəhmədov pafosu bədii əsə-
rin canını təşkil edən fikir və hissiyyat kimi səciyyələndirir: ”Əsərin 
pafosu yazıçının bütün varlığını bürümüş olan ideya, qüvvətli 
hissiyyatdır ki, bu da onun yaratdığı əsərin hər bir parçasında öz 
əksini tapır, bütünlüklə əsərə hopu
1
”. Təsadüfi deyil ki, 
V.Q.Belinski bədii əsərin təhlili zamanı birinci növbədə onun 
pafosunu, yəni orada ifadə olunan başlıca ideyanı, fikir və duyğunu 
müəyyənlşdirməyi məsləhət görürdü. 
N. Şəmsizadənin fikrincə, qafiyə və vəzn şeirdə şairin coşqun 
ehtiraslarını bədii cəhətdən əks etdirməyə xidmət edir. Şeirdə ehti-
rasın bədii-poetik təzahürünə 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin