Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


157 
LİRİK ƏSƏRLƏRİN İFADƏLI OXUSU
 
 
Digər janrlar kimi, lirik əsərlər də əsərin ədəbi növ, janr xü-
susiyyətləri nəzərə alınmaqla öyrənilir. Lirik əsərlər üçün epik və 
dramatik növdə olduğu kimi insanın məişətinin, həyat həqiqətlərinin 
obyektiv reallığa uyğun təsviri deyil, 
lirik qəhrəmanın emosional 
ovqatı, yüksək hiss və həyəcan, və yığcamlıq, tərənnüm, obyektə 
subyektiv münasibət səciyyəvidir.
Ə.Cəfər şeirin xüsusiyyətlərindən danışarkən qeyd edir ki, 
həqiqi şeir insan qəlbinin canlı aynası, gözəl sənətlərin ən gözəlidir. 
Şeirdə həm musiqinin ahəngi, ritmi, həm rəsmin rəngarəng daxili 
cazibəsi, həm heykəltəraşlığın füsunkar hüsnü vardır. 
Şeir ən gözəl, incə fikirləri böyük və həssas qəlbin səsləri ilə
canlandırır, fikir ilə hiss arasında almas bir körpü yaradır. 
Şeir insan ruhunun dilidir. Şeir gözəl, incə, dərin fikirlərdən
hislər, hislərdən fikirlər doğuran sənət əsəridir. Gözəl şeir qəlbdə 
qanın cərəyanını çəkib aparan, o cərəyanı ritmə, ahəngə, musiqiyə 
çevirən bir sənətdir. 
...Şeir deyilən incəsənət əsəri vəznin və qafiyənin, xəyal, fikir, 
hiss, ideya ifadəçisi olan bədii sözün vəhdətindən ibarətdir.
1
A.Dadaşzadə yazır ki, epik və dramatik əsərlərlə müqayisədə
lirikanın imkanları məhdud görünür. Lakin lirikanın, lirik şeirin 
daxili potensialı çox zəngindir; kiçik bir şeirin rəngarəng tutarlı 
bədii vasitələr, incə çalarlarla dərin məsələlər qaldırmaq, insanı 
riqqətə gətirmək imkanı misilsizdir. Lirik şeir bir çox hallarda geniş 
əhatəyə, həcmə malik roman, hekayə və dramda təsvir olunmuş 
problemi kəskin emosional bir təsir qüvvəsi ilə insan qəlbinə daha 
güclü nüfuz etdirir, oxucunu həyəcanlandırır, sanki insanları düşün-
dürən, narahat edən duyğuların cövhərini üzə çıxarır. 
Lirikada şairin ən dəruni, ən səmimi hisləri ifadə olunur. Şeirin 
mərkəzində duran şair şəxsiyyəti lirik poeziyanın məzmununu təşkil 
edir. lirik şairin əsərlərində onun fərdi münasibətinin və şəxsi şöv-
qünün möhürü aydın oxunur. Lakin burada hər şeyi şair şəxsiyyəti 
ilə məhdudlaşdırmaq o qədər də doğru olmaz. Lirikanın bir fərqli 
1
Cəfər Ə.Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı: Elm, 1977, s. 13-14, 17. 


158 
cəhəti də ondadır ki, insan burada yalnız bir müəllif kimi yox, həm 
də ən duyan, fəal ünsür sifətində əsərin estetik strukturuna daxil 
edilir. 
Tədqiqatçının qeyd etdiyi kimi, şəxsi müşahidə və həyəcanların 
son dərəcə fərdi yozulması lirik bədii ifadəliliyin əsas priyomuna 
çevrilir. Ona görə lirik şairdən xüsusi istedad və həssaslıq, poetik 
dünyagörüşü dərinliyi və yetkinliyi tələb olunur. Hər hansı bir 
dövrün ədəbiyyatı, o cümlədən lirikası, bilavasitə, yaxud dolayı 
vasitələrlə ətraf mühitə, insanlar arasındakı əlaqələr, əbədi etik və 
əxlaqi problemlərə öz münasibətini bildirmişdir. Hər bir həqiqi 
sənətkar nədən, kimdən yazırsa yazsın, onun əsərləri istər0istəməz 
zəmanəsinin simasını, insanların arzu və həyəcanlarını əks etdirən 
bir güzgüyə çevrilir.”
1
Lirik əsərlər yüksək idealları, mənəvi-estetik hisləri əks etdir-
diyi üçün şagirdlərə güclü tərbiyəvi təsir göstərir. Odur ki, lirik 
əsərlərin öyrənilməsi, xüsusən forma xüsusiyyətlərinin təhlili digər 
ədəbi növlərdən fərqli aparılmalı, bədii təsvir və ifadə vasitələrinin 
ideyanın, obrazın səciyyəsinin, emosional ovqatın aydınlaşdırılma-
sında roluna xüsusi diqqət yetirilməlidir. 
Təcrübə göstərir ki, dərsdə əsər üzrə iş düzgün təşkil edildikdə 
şagirdlər lirik şeiri həvəslə oxuyur, emosionallıqla qavrayırlar. Lirik 
əsərin qavranılması prosesində təxəyyül, emosiya, təfəkkür, yad-
daşın iştirakı bədii qavramanın inkişafına səbəb olur.
Lakin şagird-oxucu üçün lirik əsərlərin qavranılmasında müəy-
yən çətinliklər də mövcuddur. Lirik poeziyanın qavranılması üçün 
şagirddən xüsusi həssaslıq, incəlik, müəllif niyyətini dərindən 
duymaq qabiliyyəti tələb olunur. Lirik əsərin əsasında duran ovqat, 
hiss və həyəcanlar şagirdə aydın, tanış olmalıdır. Məsələn, 
M.P.Vaqifin tərcümeyi-halı ilə sıx bağlı olan “Görmədim” müxəm-
məsində ifadə olunan hisləri, düşüncələri qavramaq üçün şagirdlərin 
həyat təcrübəsi çatmır. Bu əsərdəki bədbin ovqat, həyatdan küskün-
lük əhval-ruhiyyəsi onlara tanış deyildir. Lakin müəllim giriş sözün-
də sənətkarın tərcümeyi-halından bəzi məqamları danışmaqla (hə-
yatının son dövründə Qarabağın işğalı, şairin həbs olunması, ölüm 
11
Dadaşzadə A. XVIII əsr Azərbaycan lirikası.bakı: Elm, 1980, s.46-47.


159 
təhlükəsi ilə üz-üzə qalması, təqib edilməsi və s.), şeiri ifadəli oxu-
maqla, oradakı ovqatı, bədbin əhval-ruhiyyəni şagirdlərə aydınlaş-
dırır, ilkin qavramanı asanlaşdıra bilir.
Lirik əsərlər üzərində iş zamanı məktəblilərin emosional təəs-
süratı dərinləşdirilir, tanış olmayan sözlərin mənası aydınlaşdırılır. 
Sözlərin düzgün yazılışı və deyilişi ilə bərabər, məna çalarlarının da 
öyrənilməsi şagirdlərin lüğət ehtiyatını zənginləşdirir, nitqinə canlı-
lıq, təsirlilik gətirir.
Məhəbbəti, gözəlliyi, sevinci və s. yüksək hiss-həyacanla əks 
etdirən, tərənnüm səciyyəli şeirlərə nisbətən, süjetli lirik şeirlərin 
qavranılması və ifadəli oxusu daha asandır. Aşıq Ələsgərin “Düşdü” 
qoşması, S.Rüstəmin “Ana və poçtalyon”, Ə.Cəmilin “Can nənə, bir 
nağıl de” şeirlərinin süjet xətti ifaçıya təsvir edilənləri dinləyicilərin 
gözləri önündə canlandırmağa, müəllif niyyətini daha aydın, dolğun 
çatdırmağa imkan verir.
Lirik əsərlərdə musiqililik güclüdür. Məlumdur ki, lira yunanca 
simli musiqi alətinin adıdır. Azərbaycanda lirik əsərlər rübab musiqi 
alətinin adı ilə rübabi şeirlər adlandırılmışdır. Bu da həmin əsərlərin 
musiqi ilə əlaqəsini, musiqi melodiyası üstünda yaranması və ifa 
edilməsini göstərir. “Azərbaycan poeziyasının ən fərqləndiriici və 
parlaq xüsusiyyətlərindən biri bütün dövrlər ərzində və hər fərdi 
yaradıcılıqda onu musiqi və mahnıya yaxınlaşdıran gərgin lirizmin 
mövcudluğudur.”
1
Lirik şeirin ideya-məzmununa uyğun musiqi 
parçalarının müşayiəti ilə ifadəli oxusu əsərin dinləyicilərə emo-
sional təsirinin qat-qat artmasına səbəb olur.
Lirik şeirlərin, xüsusən əruz vəznində yazılmış əsərlərin öyrə-
nilməsi zamanı 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin