Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
İ.A.Krılov
 
 
Hər kəsin yerişi var 
(təmsil) 
Bir tısbağa dovşana 
Söylədi yana-yana. 
- Sən nə yaman qaçırsan? 
Lap elə bil uçursan! 
Gəl dost olaq bu gündən 
Mənə də öyrət bunu. 
İnan ki, təriflərəm 
Səni, ömrüm uzunu. 
Dovşan dedi: -Əzizim, 
Bu xəyala düşmə sən! 
Bu addamla, yerişlə 
Məgər qaça bilərsən?! 
İnad etdi Tısbağa: 
- Yox mən də qaçacağam, 
Öyrətmirsən, öyrətmə. 
Lap quş tək uçacağam.- 


155 
Deyə o, bir tərəfdən 
Üzüaşağı endi. 
- Qacma, yavaş! – söyləyib, 
Dovşan, xeyli deyindi. 
Amma sözə baxmayıb 
Tısbağa yumalandı. 
Dəyib daşa, kəsəyə 
Bir anda parçalandı. 
Dovşan vurdu dizinə: 
«Sənə demədim yavaş! 
Hər kəsin öz yerişi 
Var, a Tısbağa qardaş!» 
H.Ziya 
♦ Yaradıcı tətbiqetmə.
Şərti işarələrdən istifadə etməklə, ifaçılıq vəzifəsini, 
intonasiya çalarını müəyyənləşdirməklə “Balıqyeyən quş və Xərçəng” əsərinin 
ifadəli oxusuna hazırlaşın. 
Balıqyeyən quş və Xərçəng 
(“Kəlilə və Dimnə” əsərindən) 
 
Bir balıq yeyən quş gölün qırağında özünə yuva salmışdı. Hər gün ehtiyacı 
olduğu qədər balıq tutub yeyir və naz-ne’mət içərisində yaşayırdı. Elə bir gün 
gəlib çatdı ki, quş gücdən düşdü və artıq ova çıxa bilmədi. Balıqyeyən gölün 
qırağında qəmli-qəmli oturmuşdu. Xərçəng uzaqdan onu götürüb yaxına gəldi və 
soruşdu. 
- Nə olub, səni qəmli görürəm? 
Quş cavab verdi: 
- Necə qəmli olmayım ki, hər gün bir-iki balıq tutub yeyər və bununla 
dolanardım. Həm mənim güzaranım yaxşı keçər, həm də balıqlar azalmazdı. Bu 
gün buradan iki ovçu keçirdi. Onlar burada balığın çox olduğunu görüb, bütün 
balıqları tutmaq üçün tor çəkmək qərarına gəldilər. 
Xərçəng gedib əhvalatı balıqlara danışdı, balıqların hamısı balıqyeyənin 
yanına gəlib xilas olmaq üçün ondan məsləhət istədilər. 
Balıqyeyən dedi: 
- Ovçulara müqavimət göstərmək fayda verməz. Lakin mən bu yaxınlarda 
bir göl tanıyıram ki, dumduru suyu var. Əgər ora köçə bilsəniz bolluq içində 
yaşayacaqsınız. 
Balıqlar dedilər: 
- Gözəl məsləhətdir, lakin sənin köməyin olmadan biz ora necə köçə bilərik? 
Balıqyeyən dedi: 
- Mən sizə kömək edərəm. Ancaq tələsmək lazımdır. Ovçular hər saat gəlib 
çata bilər və biz fürsəti əldən verə bilərik. 


156 
Balıqlar çox yalvarıb-yaxardılar sonra, nəhayət balıqyeyən belə qərara gəldi 
ki, hər gün bir neçə balıq götürüb aparsın və yaxınlıqdakı təpənin üstündə yesin. 
O belə də etdə. Balıqlar daha tez köçmək üçün özlərini qabağa salmağa 
çalışır, bir-birinə paxıllıq edirdilər. 
Bir müddət keçəndən sonra xərçəng də kömək istədi. Balıqyeyən onu dalına 
alıb həmin təpəyə tərəf üz tutdu. Xərçəng uzaqdan çoxlu balıq sümüyünü görüb 
işin nə yerdə olduğunu anladı. O, tez özünü balıqyeyənin boynuna atdı onun 
boğazından yapışdı və elə bərk sıxdı ki, quş huşunu itirib aşağı enməyə başladı. 
Yerə çatdıqda o saat canı çıxdı. 
Xərçəng göldə qalan balıqların yanına gəldi, əhvalatı onlara danışdı. 
Balıqlar sağ qaldıqları üçün çox sevindilər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin