160
Şagirdlər bu misralarda sənətkarın qardaş Türkiyəyə məhəb-
bətinin ifadə olunduğunu söyləyirlər. Lakin sonrakı müzakirə nəti-
cəsində şagirdlərə aydın olur ki, şeirin yazılmasının
özünəməxsus
tarixçəsi vardır. İndi də Türkiyədə çox sevilən, milli marş kimi hər
yerdə ifa edilən bu əsərdə bolşeviklərlə birləşib soyqırımı törədən
“qarı düşmən”dən - ermənilərdən xalqımızı xilas etmək üçün qey-
rətli qardaşlarımızın dar ayaqda pənaha yetişməsindən,
nicat yolu
açmasından doğan sevinc, qürur, minnətdarlıq hissi öz əksini
tapmışdır.
Təhlil şagirdlərin əsəri ilkin qavraması nəzərə alınaraq aparılır.
Lirik əsər həcmcə yığcam olduğu üçün təhlil zamanı sənətkarın hər
sözü, ifadəsi, əsərin hər misrası, oradakı ovqat, təsvir olunan səhnə-
nin detalları, bədii təsvir və ifadə vasitələri üzrə iş əhəmiyyətlidir.
Lirik əsərin təhlili üçün sualların tərtibi zamanı aşağıdakı məsə-
lələrə diqqət yetirilir:
1.
Əsərin mövzusu, problematikası;
2.
Lirik qəhrəmanın səciyyəsi;
3.
Əsərdəki
emosional ovqat;
4.
Əsərin janr, kompozisiya, dil, üslub xüsusiyyətləri, şairin
novatorluğu;
5.
Lirik əsər üzrə ədəbi-nəzəri anlayışların
mənimsənilməsi
(janr, vəzn, misra, beyt, bənd, qafiyə, ölçü, misradaxili bölgü və s.);
6.
Sənətkarın niyyəti (əsərin ideyası).
7.
Əsərin şagirdlərdə doğurduğu təəssürat, düşüncələr;
Lirikada hiss və həyəcanların daşıyıcısı olan lirik qəhrəman
obrazının təhlili mühüm əhəmiyyət kəsb edir.
Lirik qəhrəman bir
sıra hallarda şəxsiyyəti, təbiəti baxımından müəllifə yaxın olsa da,
onların arasında fərqlər mövcuddur. Daxili aləmin, psixoloji ovqa-
tın, düşüncələrin, hiss və duyğuların dərindən, canlı ifadə olunduğu
lirik əsərin qəhrəmanının heç də həmişə şairin özü olduğunu söy-
ləmək olmaz. Lirik əsərin qəhrəmanında sənətkarın şəxsiyyəti ilə
səsləşən cəhətlər olsa da, digər ədəbi
növlərdə olduğu kimi burada
da müəyyən tipikləşdirmə, şərtilik, ümumiləşdirmənin olması nə-
zərdən qaçırılmamalıdır. Məsələn, S.Rüstəmin “Ana və poçtalyon”
əsərinin qəhrəmanı şairin özü deyil,
cəbhədəki oğlundan həsrətlə
məktub gözləyən anadır.
161
Lirik əsərdə sənətkarlığın mühüm elementləri olan peyzaj detal-
ları, portret təsvirləri, əşya obrazları, məcazlar da əsərdəki ovqatın,
qəhrəmanın xarakterinin, yaşantılarının aydınlaşdırılması baxımın-
dan əhəmiyyətlidir. Məsələn, M.P.Vaqifin “Pəri” qoşmasında gözə-
lin bədii portretinin,
daxili aləminin təsviri, etnoqrafik detallar,
M.Müşfiqin “Yağış”, “Yenə o bağ olaydı” şeirlərindəki təbiət təs-
virləri ideyanın açılmasında mühüm rol oynadığına görə dərsdə təh-
lil obyektinə çevrilməlidir.
Lirik əsərlərin ifadəli oxusu üzrə işlər bədii mətnin vəzn və janr
xüsusiyyətləri, mövzusu nəzərə alınmaqla aparılmalıdır. Bu
məqsədlə aşağıdakı məqamlar diqqət mərkəzində saxlanılmalıdır:
1.Əsərin oxuzuna, öyrənilməsinə maraq oyadılması.
2. Şagirdlərdə emosional ovqat yaratmaq üçün müəllimin
nümunəvi ifadəli oxusu və ya bədii oxu ustasının ifasının (səs
yazısı, video) dinlənilməsi.
3. Əsərin məzmununun mənimsənilməsi üzrə iş (şagirdlərin
oxusu).
4. Əsərin ideya-bədii xüsusiyyətlərinin təhlili.
5. Əsərin ifadəli oxusu.
Lirik əsərlərin ifadəli oxusu vəznin və janrın
xüsusiyyətləri
nəzərə alınmaqla aparılır. İfadəli oxu zamanı səslər, səs uyuşmaları,
sözlər, cümlələr vasitəsilə yaranan obrazlılıqla bağlı aşağıdakı
cəhətlərə diqqət yetirilməlidir:
1.
Dostları ilə paylaş: