138
Nəsr əsərlərinin ifadəli oxusuna hazırlıq zamanı
şərti işarələrdən istifadə nümunəsi
Fasilələrin müəyyənləşdirilməsi
İfaçılıq vəzifəsi-
nin müəyyənləş-
dirilməsi
Səsin tonu,
tembri, oxuda
intonasiyanın
aldığı çalar
İnsan dənizi
/
sükut içində
gözləyirdi. ⁄⁄ Varaz sözə başladı. ⁄⁄
Onun səsində ⁄ qəribə bir titrəyiş
vardı. ⁄⁄ Hamı ⁄ cəbhələr yarmış bu
qocaman sərkərdənin səsini
eşidəndə ⁄ fəlakətin böyük
olduğunu anladı. ⁄⁄
Varaz dedi: - Əziz
övladarım! ⁄⁄
Bu qocanın sözlərinə
diqqətlə qulaq asın! ⁄⁄ Müqəddəs
Girdman ölkəsi I bizdən kömək
istəyir. Odur, I yenə üstümüzə
düşmən gılir. O, çox insafsız
düşməndir, ⁄ çapıb-talayır, ⁄ vurub-
yıxır, ⁄ insaf deyəndə – qılınc çəkir,
⁄ namus deyəndə – od yağdırır. ⁄⁄
Bilin ki, ⁄ üstümüzə ölüm gəlir. ⁄⁄
Mən də sizə son borcumu verməyə
gəldim. ⁄⁄ Otuz ildə həmişə ölüm
bizdən uzaq olubdur. ⁄⁄ Girdman adı
gələndə hamı hörmətlə baş əyibdir.
⁄⁄ Amma indi mən qocalmışam. ⁄⁄
Bu gün səhər ox süzdürüb qılınc
çalmaq istədim, ⁄ əllərim titrədi. ⁄⁄
Sərkərdəniz kim olacaq? ⁄⁄
Göstərin. ⁄⁄
Gözlənilən fəla-
kətin insanlarda
doğurduğu həyə-
canın çatdırılması
Varazın Vətənin
taleyi üçün
narahatlığı, düş-
mənin amansız-
lığı, qəddarlığı
barədə təsəvvür
yaradılma
Sı
Aramla,
həyəcanla
Həyəcanla,
qətiyyətlə
V sinifdə Mikayıl Rzaquluzadənin “Ana ürəyi, dağ çiçəyi”
hekayəsi tədris olunur. Əsərin məzmununun öyrənilməsinə həsr olu-
nan dərsdə giriş sözü və ya müsahibəsindən sonra müəllimin nümu-
nəvi ifadəli oxusu dinlənilir. Sonra əsərin şagirdlər tərəfindən hissə-
hissə, fasilələrlə oxusu həyata keçirilir. Hər hissənin oxusundan
sonra fasilədə tanış olmayan sözlərin mənası lüğətlərin köməyi ilə
aydınlaşdırılır. Oxunmuş hissənin məzmunu üzrə sorğu aparılır,
139
hissəyə ad verilir.
Mətn sonadək bu qayda ilə oxunduqdan sonra bütün əsərin
məzmunu üzrə müsahibə aparılır, fəal şagirdlərin nağıletməsi (yığ-
cam, geniş və ya yaradıcı) dinlənilir. Hekayənin təhlili zamanı qeyd
edilir ki, “Ana ürəyi, dağ çiçəyi
”
xalqımızın qəhrəman keçmişindən,
oğuz igidlərinin vətənpərvərliyindən, xain düşmənlə mübarizəsin-
dən, ana məhəbbətinin qüdrətindən bəhs edir. Hekayədə vətənə
bağlılıq, ana-övlad məhəbbəti, düşmənə qarşı mübarizə motivləri
aparıcı yer tutur. Əsərin mərkəzində Buğac surəti durur. Buğac elin
igid oğludur, ox atmaqda, at oynatmaqda onun tayı-bərabəri yoxdur.
Eyni zamanda o, mərddir, ağıllıdır, tədbirlidir.
Buğacın el şənliyində göstərdiyi igidlik, döyüş meydanında
gözü qızmış buğanı məğlub etməsi, insanları təhlükədən qurtarması
ata-anasını, dostlarını sevindirir. Xanlar xanı Buğacın qəhrəman-
lığına alqış deyir, el ağsaqqalı Dədə Qorqud gəlib ona ad qoyur,
xeyir-dua verir. Əsərdə düşmən qüvvələri Yasovulbaşı və onun
dəstəsi təmsil edir. Xanlığı ələ keçirmək fikrinə düşən Yasovulbaşı
öz niyyətinə çatmaq üçün Buğacı aradan götürmək istəyir. O, xanı
inandırır ki, Buğac öz atasına xəyanət etmiş, onu öldürmək fikrinə
düşmüşdür. Qoca xan düşmən hiyləsinə uyur, oğlunun ölümünə
fərman verir.
Uzun illər övlad həsrəti ilə yaşamış Anaxatun oğlu Buğacın
qoçaqlığı, igidliyi ilə fəxr edir. Ana oğlunun ovdan gəlişini səbir-
sizliklə gözləyir. Lakin ovdan qayıdanların içində oğlunu görmə-
yəndə dərin bir sarsıntı içində Xandan soruşur: «Bağrım çatladı,
xan, danışsana, söyləsənə, hanı mənim balam?.. Mən dik dağları
dırnağımla parçalaram, balamı taparam! Azğın-coşğun selləri si-
nəmlə saxlaram, balamı alaram! İti dişli aslanları, canavarları diş-
lərimlə didərəm, parçalaram, mən balamı qurtararam!.. Odlu nə-
fəsim sönməyincə, bədənim yanıb külə dönməyincə mən balamdan
dönmərəm, xan! Hanı mənim aslanım, hanı mənim Buğacım!»
Buğac düşmən hiyləsinə aldanmış atasının ona qəsd edə bilə-
cəyini ağlına belə gətirmir. Onun öz atasına münasibəti, vətən,
doğma yurd naminə canından keçməyə hazır olması, xainlərdən qi-
sas alması əsərdə təsirli bir dillə təsvir edilir.
Əsərin ideya-məzmunu dərindən mənimsənildikdən sonra ifa-
140
dəli oxuya hazırlıqla bağlı iş aparılır. Şagirdlərə aşağıdakı nümu-
nədən istifadə edərək əsərdən seçdikləri hissənin ifadəli oxusuna
hazırlaşmaq tapşırığı verilir:
1. Seçdiyiniz hissədə fasilələrin yerini, məntiqi vurğulu sözləri,
tonun alçalması və yüksəlməsini müəyyənləşdirin.
2. İfaçılıq vəzifəsini, oxunun sürətini, intonasiya boyasını mü-
əyyənləşdirin.
Dostları ilə paylaş: |