Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
zamanı
 
şagirdlər
 
müəllifin əsərdə bir neçə 
cümlə ilə ifadə etdiyi fikri, hadisə, təbiət, əşya, portret təsvirini ge-
nişləndirir, əlavələr edirlər. Onlar
 
hadisələrin gələcək inkişafını ne-
cə təsəvvür etdiklərindən, qəhrəmanların gələcək taleyi ilə bağlı fər-
ziyyələrindən söz açır, əsərin sonluğunu dəyişdirirlər. 
1
Əsərin məzmunun bütövlükdə qavranılması məqsədilə sənət-
kar, əsərin mövzusu, yazılma tarixi barədə giriş səciyyəli söhbət 
aparması faydalıdır. 
Təcrübə göstərir ki, əsərin bütövlükdə qavranılmasında, dinlə-
yicilərdə emosional ovqat yaradılmasında bədii söz ustalarının 
ifasında lent yazılarının dinlənilməsi müsbət nəticə verir.
1
Həsənli B. Hüseynoğlu S. Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. Müəllim 
üçün metodik vəsait. Bakı : Bakınəşr, 2014, s.7. 


131 
Əsərin ideya-bədii xüsusiyyətlərinin təhlili. 
Sənətkarın 
dövrü, həyatı, dünyagörüşü, ictimai-siyasi və ədəbi mübarizədə yeri 
haqqında ədəbiyyatşünaslıq materialları seçilir, təhlil süzgəcindən 
keçirilir. 
Məktəbdə bədii əsərin təhlili ədəbiyyat müəllimindən dərin 
ədəbiyyatşünaslıq biliyi, metodik ustalıq, yaradıcı fəaliyyət, zəngin 
təcrübə tələb edir. Ədəbiyyat müəllimi şagird – oxucunun psixo-
logiyasını, qavrama imkanlarını, maraq və meyİllərini bilməli və 
nəzərə almalıdır. Şagirdin əsərə münasibətinin öyrənilməsi, təhlil 
zamanı qavramanın dərinləşdirilməsi ədəbiyyat təliminin əsasını 
təşkil edir.
Ədəbiyyat dərslərində ədəbiyyatşünaslıq təhlili bu elmin son 
nailiyyətlərindən istifadə ilə reallaşdırılır. Ədəbiyyatşünas alimlərin 
tədqiqatları əsərə sənətkarın yaradıcılığı, dünyagörüşü, tarixi dövr
kontekstində nəzər salmağa, əsərin məzmununu düzgün başa 
düşməyə, qiymətləndirməyə imkan verir. Bu zaman bədii təsvir və 
ifadə vasitələrinin, sənətkarın fərdi yaradıcılıq üslubunun, obraz-
ların dilinin təhlili aparılır.
Bu mərhələdə müxtəlif ədəbi növdə olan, sadə və mürəkkəb 
kompozisiyalı əsərlərin ideyası, bədii xüsusiyyətləri, əsərdə əksini 
tapan başlıca problem, konflikt, mənəvi dəyərlər, obrazların xarak-
teri aydınlaşdırılır, dərk edilir və qiymətləndirilir. Təhlil prosesində 
müxtəlif tarixi dövrlərdə yaranan ədəbiyyatın səciyyəvi xüsusiyyət-
ləri, yazıçının yaradıcı şəxsiyyəti, sənətindəki özünəməxsusluq üzə 
çıxarılır, qiymətləndirilir. 
Elmi-metodik ədəbiyyatda bədii əsərin ifadəli oxusu, təhlilin-
dən bəhs edilərkən məktəb təhlili ilə yanaşı ədəbiyyatşünaslıq təhlili 
terminindən istifadə olunur. Bu məsələ təlim prosesində müəyyən 
dolaşıqlıq yaratdığı üçün aydınlaşdırılmalıdır. Məktəb təhlili bir sıra 
xüsusiyyətlərinə görə ədəbiyyatşünaslıq təhlilindən fərqlənir. 
Bunların arasında bərabərlik işarəsi qoymaq olmaz. Belə ki, digər 
təhlil növlərindən – fəlsəfi təhlil, psixoloji təhlil, estetik təhlil, 
ədəbiyyatşünaslıq təhlili və s. fərqli olaraq, məktəb təhlili özündə 
bir sıra xüsusiyyətləri ehtiva edir.
Məktəb təhlilinin əsasında ilk növbədə ədəbiyyatşünaslıq təhlili 
durur və yeri gəldikcə digər təhlil növlərinə də müraciət edilir. 


132 
Məktəb təhlilində əsərin ideya-məzmunu, müəllif niyyəti, sənətkar-
lıq xüsusiyyətləri ön plana çəkilir.
Odur ki, ədəbiyyat dərslərinə ədəbiyyatşünaslıq təhlilini olduğu 
kimi gətirmək olmaz. Ədəbiyyatşünaslıq təhlilini müəllifin fikirləri 
təhrif olunmadan məktəb təhlili materialına çevrirmək lazımdır. 
Ədəbiyyatşünaslıq təhlilindən istifadə zamanı ifaçının bilik, qavra-
ma səviyyəsi, materialın həcmi və s. nəzərə alınmalıdır. 
Bədii əsərlərin məktəb təhlili özündə ədəbiyyatşünaslığın 
nailiyyətlərini ehtiva edir, pedaqoji prinsiplərdən, dövrün mənəvi 
ideallarını əks etdirən ictimai ideallardan asılıdır. 
Məktəb təhlilini elmi-ədəbiyyatşünaslıq təhlilindən fərqləndirən 
ilk cəhət bu təhlilin uşaq qavramasının xüsusiyyətlərini nəzərə 
almaqla aparılmasıdır. Məktəb təhlilinin məqsədi bədii əsərin şagird 
yozumunun yaradılması və və onun mətnin elmi şərhi ilə tutuşdu-
rulması, oxucuların subyektiv təsəvvürlərinin ədəbiyyatşünaslıq təh-
lilinin nəticələri əsasında təshih olunması, obyektiv təsəvvürlərin 
yaradılmasıdır.
“Əgər əsər təhlilinin digər növlərində əsas məqsəd bədii mate-
rialı özünü öyrənməkdirsə, məktəb təhlilində materialı öyrənən 
şəxs həm də yaradıcılıq fəaliyyətində olmaqla qavranılan materiala 
öz mənəviyyatından «əlavələr edir». Məktəbdə ədəbi əsərin öyrənil-
məsi təkcə gənc oxucuda əsərin bədii mənasını açmağa meyil ilə, 
müəlllifin ideyasına yiyələnməklə məhdudlaşmır, məktəb təhlilində 
şagirdin oxuculuq keyfiyyətinin inkişaf etdirilməsi vəzifəsi də –
təxəyyülü, emosional həssaslığı, estetik qiymətlədirmə bacarığı, öz 
təəssüratını dərk etmək, onu intellektual və emosional ifadə etmək 
qabiliyyəti də həyata keçirilir”.
1

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin