135
NƏSR ƏSƏRLƏRİNİN İFADƏLİ OXUSU
İfadəli oxu üzrə məşğələlərdə nəzərə alınmalı mühüm
tələblərdən biri də bədii əsərin janr xüsusiyyətləridir.
V-XI siniflərin
ədəbiyyat proqramlarının böyük bir hissəsini epik əsərlər təşkil edir.
Ədəbiyyat dərslərində epik növün müxtəlif janrları - təmsil, hekayə,
povest, roman öyrənilir.
Epik əsərlərin oxusu, məzmununun öyrənilməsi,
təhlili növ və
janr xüsusiyyətlərinə əsaslanaraq aparılmalıdır. M.A.Rıbnikova
bədii əsərin təhlili üsullarına münasibət bildirərək yazır: “Metodik
üsullar bədii əsərin təbiətinə uyğun seçilir. Balladanı planın köməyi
ilə təhlil etmək olar, lakin lirik əsərə plan tutmaq mümkün deyildir.
Kiçik hekayə bütünlüklə oxunur və təhlil edilir. Romandan biz ayrı-
ayrı, aparıcı hissələri seçir, onlardan birini sinifdə,
digərini evdə
oxuyur, üçüncüsünü dərindən təhlil edir və mətnə yaxın nağıl edir,
dördüncü, beşinci, altıncı hissələri sürətlə təhlil edir və yığcam nağıl
edir, yeddinci, səkkizinci hissələrdən parçaların ayrı-ayrı şagirdlər
tərəfidən bədii nağıletməsi həyata keçirilir, epiloqu müəllim özü da-
nışır. Tapmaca əzbər öyrənilir və cavabı sinifdə tapılır, atalar sözləri
həyatdan
nümunələr gətirməklə öyrənilir, təmsil onda öz əksini
tapan əxlaqi fikrin dərk edilməsi nəzərdə tutularaq təhlil edilir”.
1
Həcmcə böyük olan nəsr əsərləri ifaçıdan xüsusi diqqət və daha
çox məşqlər tələb edir. Lakin dərsdə vaxt imkanlarının məhdudluğu
nəzərə alınaraq, nisbətən kiçik nəsr əsərləri üzrə iş aparılması və ya
irihəcmli bədii mətnin hissələrə ayrılması, bütün əsərin deyil,
seçilmiş hissələrin ifadəli oxusu üzrə
iş təşkil edilməsi məqsədə-
uyğundur. İfaçı nəsr əsərində hadisələrin gedişini izləməli, müəllif
təhkiyəsindən istifadə edərək qəhrəmanları səciyyələndirməyi
bacarmalıdır.
Metodik ədəbiyyatda nəsr əsərlərinin ifadəli oxusunda “müəllif
arxasınca” üsulundan istifadə etmək tövsiyə olunur. Bu zaman əsər
ardıcıllıq gözlənilməklə
hissə-hissə təhlil olunur, ifaçılıq vəzifəsi,
intonasiya boyaları, nitqin məntiqi ilə bağlı məsələlər aydın-
1
Рыбникова М.А. Очерки по методике литературного чтения. М., 1985, с. 58.
136
laşdırılır.
1
Janr müxtəlifliyinə baxmayaraq, epik əsərlərin hamısında
müəyyən əhvalatın
Dostları ilə paylaş: