137
diqqət yetirilir:
1.
Mövzu, süjet, problem
2.
Əsərin qəhrəmanlarının obrazı (əsas, epizodik, müsbət, mən-
fi, ziddiyyətli surətlər)
3.
Əsərin bədii xüsusiyyətləri (kompozisiya, bədii dil, üslub
xüsusiyyətləri)
.
4.
Əsərlə bağlı ədəbi-nəzəri anlayışlar üzrə iş (janr, təhkiyə,
təsvir, fərdiləşdirmə və s.).
5.
Müəllifin niyyəti (ideya).
V-IX siniflərdə öyrədilən əsas epik janr olan
hekayədə
müəy-
yən sosial şərait üçün səciyyəvi olan bir və ya bir neçə fakt, insan
həyatından bir hadisə təsvir edilir. İrihəcmli əsərlərdən fərqli olaraq,
hekayənin məzmununun öyrənilməsinə ayrılmış dərs saatlarında
əsəri hissələrə ayırıb oxusunu (fasilələrlə oxu, proqnozlaşdırılmış
oxu) təşkil etməklə bütünlüklə mənimsətmək mümkündür.
Hekayənin dərsdə təhlili sxemi aşağıdakı kimidir:
1. Əsərin mövzusu, problematikası;
2. Qəhrəmanların səciyyələndirilməsi;
a) Qəhrəmanın bədii portreti, müəllifin ona münasibətinin
müəyyənləşdirilməsi;
b) Qəhrəmanın xarakterinin, hərəkətlərinin təhlili;
c) Digər obrazların təhlili;
3. Əsərdəki təbiət təsvirləri, əşya surətinin rolunun aydınlaş-
dırılması və s.
4. Təsvir olunan hadisələrə münasibət bildirilməsi;
5. Əsərin süjet, kompozisiya, bədii dil xüsusiyyətləri;
6. Müəllif niyyətinin müəyyənləşdirilməsi.
7. Qəhrəmanın bədii portreti, müəllifin ona münasibətinin
müəyyənləşdirilməsi;
Dostları ilə paylaş: