89
Sabir satirasının tırbiyəedici mahiyyəti. Həm yuxarı, həm də
aşağı təbəqəni hədəf alan satirik gülüşün ictimai və milli şüur
tərbiyəsi məqsədi daşıması. Yuxarə və aşağı
təbəqə münasi-
bətlərinə milli birlik prizmasından yanaşma. “Millət” anlayışı
Sabir satirasının əsas mübtədası kimi. Ədəbiyyatşünaslıqda
Sabir
satirasının “xalq” anlayışına müncər edilməsinin ideoloji
mahiyyəti.
İctimai “yuxarı”lara Sabir satirasında artan diqqət.
“Hophopnamə”də narahat mülkədar və kapitalist (həmçinin din
xadimi, dövlət məmuru və s.) obrazları. Bu tiplərin “zəmanədən
şikayəti”nin sosial məzmunu.
Sabirdə oyanan kəndli, fəhlə obrazına artan diqqət.
“Əkinçi”, “Bakı fəhlələrinə”, “Fələ, özünü sən də...”, “Təraneyi-
əsilanə” satiraları cəmiyyətdəki ictimai oyanışın əks-sədası kimi.
Sabirin yaradıcılığında fəhlə, kəndli, mülkədar, kapitalist,
din xadimi, ziyalı- intiligent, məmur, dövlət adamı,
bir sözlə
cəmiyyətin ən müxtəlif ictimai təbəqələrini təmsil edən tiplərin
satirik
portretləri.Tiplərin
dilindən
söylənən monoloqlar
özünüsəciyyələndirmə üsulu kimi.
Sabirin yaradıcılığında zamanın
siyasi hadisələrinə artan
diqqət. “Beynəlmiləl” şeirində erməni-müsəlman qarşıdurmasına
verilən analitik təhlil.
Azərbaycanda, Rusiyada, İranda və Türkiyədə baş verən
siyasi olaylara şairin aktiv və operativ münasibəti ( “Səttar-
xanədir”, “Osmanlılar, inanmayın Allahı sevərsiz”, “İstiqbalımız
lağlağıdır” və s.). Siyasi mövzular şairin satirasının aparıcı
xətlərindən biri kimi.
“Hophopnamə” milli həyatın ensiklopediyası, onun
müəllifi XX əsrin ən böyük vətəndaş şairi kimi. Sabir
yaradıcılığında millət anlayışının məzmunu.
Sabir yaradıcılığında Azərbaycançılıq bədii konsepsiya
şəklində. Vətən və onun taleyi, millət və onun taleyi ilə bağlı
narahat düşüncələri ( “Millətin halı pərişan ola”, “Ey müsibətzadə
dindaşlarım, etdikcə nəzər” və s.)
90
Sabirdə
türkçülük, türk birliyi, turançılıq. “Fəxriyyə”
şeirində türk birliyi ideyasının konseptual qoyuluşu. Əsər şairin
türk birliyi amalının tarixi-bədii salnaməsi kimi.
Şairin dünyagörüşündə İslam əxlaqının yeri.
Şairin
yaradıcılığında İslami dəyərlərin poetik təcəssümü bütöv bir
sistem kimi. Sabirdə İslam aləminin mənəvi birliyinin zəruriliyi
məsələsi.
Sabir satirasında qadın probleminin qoyuluşu. Məktəb,
maarif, elm və təhsil- millətin savadlanması məsələsi şairin milli
özünüdərk konsepsiyasının tərkib hissəsi kimi.
Uşaqlar üçün
əsərləri.
Şairin sənət görüşləri ( “Nə yazım”, “Təraneyi-şairanə”,
“Söz”, “Ey alnın ay...” və s.).
Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Sabir və
klassik şeir problemi. Satiralarında ənənəyə novator münasibət.
Sənətkarın poetik irsinin müasirliyi.
Sabir irsinin tədqiqi məsələləri. Sabirşünaslıq və onun
müasir problemləri.
Dostları ilə paylaş: