88
Yazıçının hekayələrində cəhalətin, fanatizmin kəskin
tənqidi. “Cənnətin qəbzi” hekayəsində bu problemin əhatəli və
kəskin satirik pafosla əksi. Əsərdə “Veylabad şəhəri” fanatizm
bataqlığında çabalayan insanların yaşadığı məkan kimi. Məkanın
şərtiliyi və ümumiləşdirmə qüvvəsi. Veylabad şəhəri ilə Danabaş
kəndi (C.Məmmədquluzadə), həmçinin Usta Ağabala ilə
Məmmədhəsən əmi (“Danabaş kəndinin əhvalatları”) və Usta
Zeynal (“Usta Zeynal”) obrazları arasındakı tipoloji yaxınlıq. Bu
yaxınlığın ədəbi təsirdən çox, tipik şəraitdən doğması.
Y.V.Çəmənzəminlinin hekayələrində fanatizm yayan
yalançı din xadimlərinin obrazı – Axund Əliəsgər (“Cənnətin
qəbzi”), Mərsiyəxan (“Ağ buxaqda qara xal” və “Mərsiyəxan” və
b.). Hekayələrdə çar məmurlarının, üsuli-idarə sisteminin, yerli
hakimlərin tənqidi (“Zeynal bəy”, “Polis paltosu”, “Xanın
qəzəbi” və s.). “Polis paltosu” hekayəsinə A .P.Çexovun
“Məmurun ölümü” hekayəsinin ədəbi təsiri.
Sovet dövrü hekayələri və roman yaradcılığı haqqında
qısa xülasə.
Dostları ilə paylaş: