56
Orta əsrlərin fəlsəfi fikrində varlıq (mövcudluq) ilə mahiyyət (ek-
zistensiya və essensiya) bir- birindən ciddi surətdə fərqləndirilirdi. Bu
dövrün filosofları hər hansı bir şeyin dərk olunmasını
onun
mövcudluğunda, nə olmasında, necə olmasında və mövcudluq
səbəbində görürdülər
. Buradan aydındır ki, mövcudluğun və mahiyyətin
aşkar edilməsi diqqət mərkəzində dururdu.
Biz yuxarıda gördük ki, mahiyyət kateqoriyasını hərtərəfli təhlil
edən Aristotel onunla mövcudluq arasında o qədər də qəti hədd
qoymamışdır (hərçənd bu yolda bə‟zi cəhdlər etmişdir).
Orta əsr filosofu
Boesiy (480- 524- cü illər) isə mahiyyət ilə mövcudluq anlayışlarını
bir- birindən qəti surətdə ayırırdı
. Onun işləyib hazırladığı məntiq
problemləri orta əsr sxolastikasının (məktəb sözündəndir) sonrakı
inkişafına güclü tə‟sir göstərmişdir. Boesiyə görə yalnız allahın simasında
mövcudluq (varlıq) ilə mahiyyət üst-üstə düşür. Allahdan fərqli olaraq
onun
yaratdığı şeylər sadə yox, mürəkkəb substansiyalardır
. Bu
mürəkkəblik hər şeydən əvvəl bunda ifadə olunur ki,
onların varlığı ilə
mahiyyəti bir- birindən fərqlidir
. Hər hansı mahiyyətin mövcudluq əldə
etməsi üçün o varlıqla əlaqələnməli, yə‟ni ilahinin iradəsi tərəfindən
yaradılmış olmalıdır. Orta əsrlər təliminə görə şeylərin mahiyyəti onların
müəyyənliyində, yəni zəka vasitəsilə dərk olunan anlayışında ifadə olu-
nur. Şeyin mövcud olduğunu isə biz təcrübə nəticəsində, onunla birbaşa
təmasda müəyyən edirik. Mövcudluq zəkadan deyil, hər şeyə qadir olan
qüvvənin yaradıcı fəaliyyətindən irəli gəlir. Buna görə də mövcudluq bu
və ya digər şey haqqında anlayışa daxil deyildir. Beləliklə,
Dostları ilə paylaş: