Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə1/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə



Zeynəddin Hacıyev 
F Ə L S Ə F Ə 
ALI MƏKTƏBLƏR ÜÇÜN 
DƏRSLIK 
Azərbaycan Respublikası Təhsil 
Nazirliyi tərəfindən təsdiq edilmi-
şdir. 
 
BAKI - 2001
 



 
 
 
 
Elmi redaktor:
H.R.IMANOV

fəlsəfə elmləri doktoru, professor. 
Rə'yçilər:
A.M.ŞÜKÜROV

fəlsəfə elmləri doktoru, professor. 
A.A.RƏHIMOV

fəlsəfə elmləri doktoru, professor. 
Təhsil nazirliyi tərəfindən təsdiq edilmiş ən yeni proqram 
əsasında yazılmış dərslikdə fəlsəfənin bütün mövzuları sistemli şərh 
olunur. Totalitar rejimdən açıq, demokratik cəmiyyətə keçid dövrünün 
sosial-fəlsəfi təhlilinə geniş yer verilir. Dərslik ali məktəb tələbələri və 
aspirantlar üçün nəzərdə tutulmuşdur. Ondan həm də müəllimlər, elmi 
işçilər və fəlsəfəni müstəqil öyrənənlər istifadə edə bilərlər. 



G I R I Ş 
Müasir həyat cəmiyyətin hər bir üzvündən, xüsusən də gənclərdən 
təbiətin və sosial reallığın sirrlərinə dərindən bələd olmağı tə‟kidlə tələb 
edir. Insanın dünyada yeri, həyatının mə‟nası, daxili mə‟nəvi aləmi ilə 
bağlı nəzəri məsələlərə nüfuz etmək də eyni dərəcədə zəruridir. Həmin 
vəzifələrin həlli fəlsəfə ilə ayrılmazdır Yalnız fəlsəfi dünyagörüşünə 
yiyələnməklə dünya binasının quruluşu haqqında, sosial inkişaf, onun 
qanunauyğunluqları və təfəkkür, prosesləri haqqında həqiqi biliklər əldə 
etmək mümkündür. 
Deyilənlər sübut edir ki, fəlsəfəni öyrənmək hər bir insan üçün 
həyati əhəmiyyətə malikdir. Hazırda fəlsəfəyə diqqət həm də ona görə 
artmalıdır ki, yaxın keçmişə qədər bu sahədə çox ciddi nöqsan və əyintilər 
baş vermişdir. Sovet rejimi dövründə fəlsəfənin tədrisində ehkamçılıq 
hökm sürürdü. Bu, fəlsəfənin reallıq ilə əlaqəsini heçə endirirdi. Ən 
təhlükəlisi odur ki, ehkamçılıq insanların dünya baxışında və dünyanı 
anlamasında avtoritarizm, vahid inhisar ideyası aşılayırdı. Nəticədə 
fəlsəfənin yaradıcı ruhu öldürülürdü. O rəsmi sənədləri, çağırış və rə‟yləri 
təbliğ etmə vasitəsinə çevrilmişdi. Belə düşüncə tərzi ideyaların 
çoxvariantlılığına və demokratizminə yol vermirdi. Digər tərəfdən həyat 
həqiqətlərini özünün bütün ziddiyyətliliyi, dolğunluğu və çalarları ilə 
öyrənmək əvəzinə çoxdan sübut olunmuş, mə‟lum məsələlər dönə- dönə 
təkrar olunurdu. Sonra, utopizmə qapılmış marksist fəlsəfə gerçəkliyi 
təhrif edir, onu zorla irəlicədən müəyyən olunmuş uydurma kommunizm 
idealına doğru hərəkət etdirməyə cəhd göstərirdi. Əslində isə ictimai 
inkişafın məntiqi idealdan həyata deyil, əksinə həyatdan ideala doğru 
getməyi tələb edir. Sosial həyatda volyuntarizm hökm sürürdü. Bu isə el-
mi fəaliyyətə və biliklərin yayılmasına güc metodlarının tətbiqi ilə 
səciyyələnir. Belə şəraitdə nəzəri fəaliyyət azadfikirlilikdən, yaradıcı 
həqiqət axtarışlarından məhrum olur. Yetmiş ildən artıq davam etmiş sub-
yektivist idarəçilik stili də fəlsəfəyə ciddi zərbə vurmuşdur. Onun başlıca 
təzahürü ictimai fəaliyyətdə, qarşıya məqsəd qoyularkən və onun həlli 
üçün vasitələr müəyyən edilərkən real vəziyyətin, obyektiv amillərin 
nəzərə alınmamasıdır. Bu, tarixi prosesin gedişinə əsassız və 
məs‟uliyyətsiz müdaxilə edilməsinə gətirib çıxartmışdı. 
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda ictimai həyatın 
bütün sahələrində olduğu kimi elmi- nəzəri fəaliyyətdə və təhsil 
sistemində də keyfiyyətcə yeni şərait yaranmaqdadır. Bu real zəminə 
əsaslanmaqla fəlsəfənin tədqiqi və tədrisi işində prinsipcə yeni vəzifələri 
irəli sürmək və həll etmək lazım gəlir. Söhbət hər şeydən əvvəl fəlsəfənin 
real həyat ilə itirilmiş əlaqələrini bərpa etməkdən gedir. Bunun üçün 



fəlsəfənin ümumi, nəzəri müddəalar və anlayışlar çərçivəsində məhdudlaş-
dırılmasına yol verilməməli, onun empirik bazası möhkəmləndirilməlidir. 
Unutmaq olmaz ki, nəzəriyyənin gerçəklik ilə uyğunlaşdırılması fəlsəfənin 
inkişafının əsas xəttidir. Yalnız bu yol ilə fəlsəfə spesifik bilik sahəsi kimi 
özünün cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirə bilər. Ikin-
ci mühüm vəzifə, bütövlükdə cəmiyyətdə və elmi- nəzəri fəaliyyət 
sferasında qərəzsiz elmi axtarışları və həqiqətin aşkar edilməsini tə‟min 
edən demokratik şəraitin yaradılmasıdır. Qeyd edək ki, müstəqillik əldə 
etdikdən sonra ölkəmizdə bu münasibətdə ciddi irəliləyişlər baş vermişdir. 
Lakin onları gələcəkdə də ardıcıl olaraq həyata keçirmək zəruridir. 
Nəhayət, fəlsəfənin insana (şəxsiyyət mə‟nasında) doğru həqiqi dönüşü 
tə‟min olunmalıdır. Mə‟lumdur ki, totalitar rejimin hökmranlığı illərində 
insan mücərrədləşdirilirdi. Yə‟ni hər bir fərdin özünəməxsus, təkrar olun-
maz keyfiyyətlərinə məhəl qoyulmurdu. Beləliklə də insan subyektinin 
şəxssizləşməsi (şəxsi simasını itirməsi) adlanan təhlükə özünü göstərirdi. 
Fəlsəfə bütövlükdə cəmiyyətin, yaxud da müəyyən sosial qrupun orta he-
sabla götürülmüş nümayəndəsinə müraciət edirdi. Müasir reallıq 
özünəməxsus keyfiyyətləri, tələbatı, həyəcanları və imkanları olan insanı 
ön planda götürməyi, onun şəxsiyyətinin ümumi içərisində əriyib 
getməsinə yol verməməyi tələb edir. 
Son vaxtlar Azərbaycanda milli təhsil konsepsiyasının həyata 
keçirilməsi fonunda fəlsəfənin tədrisi yaxşılaşmaqdadır. Onun məzmunu 
təkmilləşir və yeniləşir. Bir sıra dərslik və dərs vəsaitləri çap olunmuşdur. 
Əlbəttə onlar çox faydalıdır. Bununla yanaşı göstərilməlidir ki, əvvəla, 
onların heç də hamısı marksist fəlsəfənin ehkamçı tə‟sirindən tam azad 
deyildir (xüsusən də sosial fəlsəfəyə aid mövzularda). Digər tərəfdən nəşr 
olunmuş kitablar əksərən beşillik tədris proqramı üçün nəzərdə tutulduğ-
undan bakalavr hazırlığı pilləsi üçün qoyulan tələbləri ödəmir. Sonra, latın 
əlifbasına keçilməsindən xeyli müddət ötməsinə baxmayaraq, onların 
hamısı kiril qrafikasındadır. Bu da nəzərə alınmalıdır ki, son illərdə 
ölkəmizin ictimai həyatı burada gedən proseslərin yüksək dinamizmi və 
intensivliyi ilə səciyyələnir. Söhbət açıq cəmiyyətə keçid prosesində 
formalaşmaqda olan bazar münasibətlərinin, azad rəqabətin və 
sahibkarlığın 
inkişafından, 
cəmiyyətin 
bütün 
sferalarında 
demokratikləşmənin dərinləşməsindən gedir. Bu deyilənlərə heç şübhəsiz, 
hüquqi dövlət quruculuğu yolunda atılan əhəmiyyətli addımlar da əlavə 
edilməlidir. Nəhayət, xarici siyasət sahəsində qazanılmış uğurlar 
nəticəsində Azərbaycanın dünya birliyi ölkələri ilə iqtisadi və mədəni 
inteqrasiyası sür‟ətlənir, xalqımızın qərb və şərq sivilizasiyalarına 
qovuşması intensivləşir. Bu prosesdə milli mə‟nəvi dəyərlər ilə 
ümumbəşəri dəyərlərin dialektik vəhdəti daha da möhkəmlənir. 



Yuxarıda deyilənlər sübut edir ki, ictimai həyatda və beynəlxalq 
miqyasda baş verən əsaslı dəyişikliklərin fəlsəfi mə‟nalandırılması və 
ümumiləşdirilməsi zərurəti indi əvvəlki dövrlərdə olduğundan daha kəskin 
şəkildə qarşıya çıxır. Bütün bu və digər mülahizələr müəllifi uzun illər 
ərzində ali məktəbdə fəlsəfənin tədrisində topladığı təcrübəni 
ümumiləşdirməklə, müasir reallığın tələblərini ödəyə biləcək dərslik 
yazmağa sövq etmişdir. Qarşıya qoyduğumuz məqsədə nə dərəcədə nail 
olduğumuzu söyləmək oxucunun səlahiyyətindədir. Biz isə hər cür təklif 
və iradlara əvvəlcədən təşəkkürümüzü bildirməklə kifayətlənirik. 




Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin