Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Fəlsəfənin bir elm kimi özünəməxsusluğu aşağıdakı



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə6/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Fəlsəfənin bir elm kimi özünəməxsusluğu aşağıdakı 
cəhətlərdə 
ifadə olunur: 1) o son dərəcə ümumi və mücərrəd xarakter daşıyır; 2) real 
həyatda gedən prosesləri öyrənməyin düzgün üsul və vasitələrini göstərir; 
3) fəlsəfə mühüm qiymətverici xassəyə malikdir. Bununla da o humanist 
idealların, ümumbəşəri dəyərlərin qərarlaşmasına kömək edir. 
Fəlsəfə 
dünya 
mədəniyyətinin 
yaratdığı 
ən 
böyük 
nailiyyətlərdəndir. Lakin o bir yerdə dayanıb durmur, tarixi praktikanın və 
idrakın ümumiləşdirilməsi nəticəsində inkişaf edir. 
Fəlsəfə təkcə varlıq və idrak haqqında tə‟lim olmaqla 
məhdudlaşmır. O həm də gerçəkliyi insanların tələbatlarına uyğun şəkildə 
dəyişdirməyin mühüm alətidir. Buradan aydın olur ki, hazırda ölkəmizin 
yaşadığı açıq cəmiyyətə keçid, demokratik və hüquqi dövlət quruculuğu 
vəzifələrinin həllində fəlsəfənin rolu və əhəmiyyəti durmadan artır.. 
2. Dünyagörüşünün məzmunu, səviyyələri və tarixi formaları 
Fəlsəfə, dünyagörüşünün nəzəri əsasını təşkil edir. Deməli onun 
predmetini aydın təsəvvür etmək üçün dünyagörüşünün məzmununa 
diqqət yetirilməlidir. Bu anlayış insanların onları əhatə edən ətraf aləmdə 
mə‟nəvi səmtləşməsi üsulunu və xarakterini müəyyən edir. Yuxarıda 
deyildiyi kimi, dünyagörüşü insanlarda dünya binasının quruluşu və bura-
da özünün yeri haqqında ümumiləşdirilmiş biliklərin, baxışların, əqidə və 
idealların məcmusudur. Bunlarla yanaşı onun tərkibinə müxtəlif hisslər, 
cəhdlər, ümidlər, iradi- emosional keyfiyyətlər, normalar- dəyərlər də dax-
ildir. 
Göründüyü kimi onun daxili məzmunu çox geniş və zəngindir. La-
kin buradakı ayrı- ayrı tərəflər dağınıq şəkildə deyil, bütöv bir tam kimi 
çıxış edir. Məhz bu cür inteqral səciyyəsi üzündən dünyagörüşü insanı 
dünya və özü haqqında bitkin təsəvvürlərlə silahlandırır. 
Qeyd olunmalıdır ki, dünyagörüşü bütün dövrlər üçün eyni ola 
bilməz. O konkret tarixi xarakterə malikdir və hər bir dövrdə öz spesifik-
liyi ilə seçilir. Belə ki, müxtəlif insan birliklərinin, ayrı- ayrı qrupların və 
fərdlərin dünyagörüşü real tarixi şəraiti, mövcud ictimai münasibətləri əks 
etdirir. Lakin az- çox uzun müddətli hər bir tarixi dövr üçün səciyyəvi olan 
əqidə və biliklər, idrak prinsipləri, həyat fəaliyyəti normaları, ideallar bir 
sözlə ümumi intellektual və emosional əhval- ruhiyyə səviyyəsi mövcud 
olur. Bu ümumilik daxilində hər bir tarixi mərhələdəki dünyagörüşü tipi 
öz məzmununa ayrı-ayrı insan birliklərinin, qrupların və şəxslərin 


10 
dünyagörüşündəki rəngarəngliyi, onlar arasında bu münasibətdə olan 
fərqli cəhətləri də əhatə edir. Eyni bir dövrdə dünyagörüşünün bu cür 
çoxşaxəliliyi, onun daşıyıcılarının- subyektlərin həyat və fəaliyyət 
şəraitinin müxtəlifliyi ilə izah edilir. Belə ki, müəyyən sosial qrupun və 
ayrılıqda götürülən insanın dünya haqqında təsəvvürləri və həyat 
proqramları onların peşə mənsubiyyəti, sosial vəziyyəti və mədəni 
səviyyəsinə uyğun olaraq formalaşır. Dünyagörüşünün konkret xarakteri 
həm də bunda ifadə olunur ki, ictimai- tarixi proses, tarixi şərait 
dəyişildikdə, o da dəyişilir. Başqa sözlə insanların əmək prosesində, icti-
mai münasibətlərdə baş verən təbəddülatlar az və ya çox intensivliklə 
onların fikir və hisslərində, bütövlükdə dünyabaxışında da özünün müva-
fiq əksini tapır. 
Öz strukturuna görə dünyagörüşü son dərəcə mürəkkəbdir. Onu 
təşkil edən komponentlər müxtəlif əlaqə və vasitələrlə birləşərək, vahid bir 
bütövlüyü yaradır. Dünyagörüşləri idraki zənginlik səviyyəsinə, elmi 
əsaslılıq dərəcəsinə və daxili tərəflərinin nisbətinə görə müxtəlif olur. 
Dünyagörüşünün məzmununda ümumi xarakterli 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin