Ikinci mərhələ dünyanı qavrama hesab olu- nur . Bu səviyyə birinci ilə xeyli yaxındır. Belə ki, burada da hissi-
emosional tərəf üstündür. Lakin dünyanı qavrama aləm haqqında bütöv
obrazlar yaratması ilə səciyyələnir.
Dünyagörüşünün üçüncü, daha yüksək səviyyəsi dünyanı an- lama adlanır . Bu səviyyə hissi deyil, intellektual tərəfin üstün olması ilə
səciyyələnir. Başqa sözlə, həmin mərhələdə insanların dünyaya münasibəti
elmi biliklər, sistemli təsəvvürlər, dərin düşüncələr formasında ifadə olu-
nur.
Dünyanıanlama mərhələsinin öz daxilində də
gündəlik həyat təcrübəsinə əsaslanan tərəfi və nəzəri tərəfi bir- birindən ayırmaq
lazımdır.
Birinci tərəf dünyagörüşünün kortəbii surətdə, bilavasitə
gündəlik təcrübə əsasında qərarlaşan formasıdır. Çox vaxt «həyat
fəlsəfəsi» adlanan bu forma öz məzmununa görə yekcins deyildir. Burada
ağıllı, sağlam, düşüncə, sayıq zəkaya əsaslanan həyat oriyentasiyası ilə
yanaşı, ibtidai, səthi və mühafizəkar momentlər, səhvlər də özünü göstərir.
Dünyanıanlamanın
ikinci, nəzəri səviyyəsi öz sistemliliyi, əhatə
dərinliyi və elmi əsaslılığı ilə səciyyələnir. Bu forma elmi biliklər,
düşüncə mədəniyyəti, zəka vasitəsilə məntiqi mühakimələr yürüdülməsi
ilə birbaşa bağlıdır.
Öz mahiyyəti e‟tibarilə fəlsəfə dünyagörüşünün bu pilləsinə aiddir. Dünyagörüşünün başqa tərəflərindən fərqli olaraq fəlsəfə
aləm haqqında biliklərin məzmununu, insanların fəaliyyətinin məqsəd və
vasitələrini müəyyən edən prinsip və idealları nəzəri cəhətdən əsaslandırır.
Deyilənlər ilə yanaşı dünyagörüşünün strukturunda aşağıdakı üç
bölgünü ayıran baxışlar da mövcuddur:
1. Ilkin elementar səviyyə- bu adi şüur səviyyəsində formalaşan
anlayışların, ideyaların, baxışların, qiymətlərin məcmusudur.