Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Fəlsəfə sözün həqiqi mə‟nasında həyat deməkdir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə5/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Fəlsəfə sözün həqiqi mə‟nasında həyat deməkdir. 
Buna görə də, 
əsl fəlsəfi düşüncə mücərrəd sxem və stereotiplər ilə bir araya sığmır. 
Təsadüfi deyildir ki, onu «dövrün mə‟nəvi cövhəri», «dövrün özünü 
dərki» adlandırırlar. Böyük alman filosofu Hegel göstərirdi ki, «fəlsəfə 
fikirlərdə mənimsənilən dövrdür»
2
.
Ilk nəzərdə belə görünə bilər ki, bu və ya digər konkret peşə və ixti-
sas üzrə biliklər və gündəlik təcrübə, həyatı öyrənmək üçün kifayətdir. 
Əslində isə dünyanın sirrləri son dərəcə mürəkkəb və əsrarəngizdir. Həyat 
son dərəcədə mürəkkəb, burada gedən proseslər çox ziddiyyətli və 
rəngarəngdir. Onları anlamaq üçün, inkişafın meylləri və perspektivlərini 
düzgün müəyyənləşdirə bilmək üçün geniş erudisiyaya, çoxtərəfli fəlsəfi 
biliklərə malik olmaq zəruridir. Buradan aydın olur ki, insanın praktiki 
fəaliyyəti və mədəni həyatının əsasında duran dünyagörüşü problemlərinin 
izahında fəlsəfənin rolu misilsizdir. 
Beləliklə fəlsəfəni öyrənməyin əhəmiyyəti nədir? və o insana nə ve-
rir, suallarına aşağıdakı konkret cavabları vermək olar: 
1. Fəlsəfə insanın malik olduğu biliklər sisteminin, dünyanın elmi 
mənzərəsinin bünövrəsidir. O həm də cəmiyyətdə normal mə‟nəvi mühi-
tin, insanın mə‟nəvi dünyasının formalaşmasına kömək edir, mühüm 
tərbiyəvi əhəmiyyətə malikdir. 
2. Fəlsəfənin əsaslarına yiyələnmiş adam istənilən elm sahəsində 
uğurlu fəaliyyət göstərə bilir. 
3. Fəlsəfə digər elmlərin optimal inkişafına kömək edir, onlarda baş 
verən metodoloji çətinlikləri aradan qaldırır. 
4. Fəlsəfə insanı idrak nəzəriyyəsi ilə silahlandırır, yə‟ni gerçəkliyi 
mə‟nəvi mənimsəməyin yollarını və vasitələrini müəyyənləşdirir. 
5. Fəlsəfəni bilən adamda düzgün məntiqi təfəkkür formalaşır, o 
həyatı tənqidi və yaradıcı surətdə öyrənir. 
Ilkin fəlsəfi tə‟limlərdə təbiətin, dünyanın yaranması və quruluşu 
haqqında təsəvvürlər əsas yeri tuturdu. Yəni, təbiət fəlsəfəsi, naturfəlsəfə 
hökmran mövqeyə malik idi. Sonralar zaman keçdikcə insanların ictimai 
həyatı, siyasi quruluşu və hüquqi qaydaları ilə əlaqədar məsələlər də 
fəlsəfənin obyektinə daxil edilməyə başladı. Tezliklə insan, onun təbiəti, 
zəka və hissləri, idrakı, din və incəsənət də fəlsəfi düşüncələrin əhatə 
dairəsinə cəlb olundu. Beləliklə təbiət, ictimai həyat, bütövlükdə dünya ilə 
1
Декарт Р. Избранные произведения. М.,1950, с.412. 
2
Гегель Г. Философия права. М.,1990, с.55. 



insan arasındakı mürəkkəb qarşılıqlı münasibətlərin təhlili fəlsəfənin əbədi 
mövzularına çevrildi. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin