Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə4/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

tərəfindən 
idraki, sosial və təbiət reallığının mə‟nalandırılmasını tə‟min 
edir; bu münasibətdə hər bir konkret mərhələdə əldə edilmiş miqyasları və 
səviyyəni müəyyənləşdirir (onu daha da genişləndirmək məqsədilə); 
insanların əqidəsinin normativ- dəyər əsaslarını işləyib hazırlayır; 
dünyanın nəzəri mənzərəsini verir; idrakın prinsiplərini və yollarını 
göstərir; təbii və ictimai bütövlük daxilində insanın yerini, onun həyatının 
mə‟nasını müəyyən edir; insanların dəyərlərini, prioritetlərini, həyat 
ustanovkalarını, ideallarını və məqsədlərini işləyib hazırlayır. 
Deyilənlər sübut edir ki, fəlsəfənin mövzuları insanların real həyatı 
ilə sıx əlaqəlidir. Bu mənada fəlsəfənin əhəmiyyəti aşağıdakılarda ifadə 
olunur: o, praktiki fəaliyyət üçün mühüm əhəmiyyət kəsb edən emosional- 
iradi əhval- ruhiyyə yaradır; subyektin müvafiq yaradıcılıq növünə nə 
dərəcədə uyğun gəldiyini göstərir; insanların həyat fəaliyyəti tiplərini 
formalaşdırır; onların sınaqdan keçirilməsini, və mümkün olanın reallığa 
çevrilməsini tə‟min edir; insana özünü reallaşdırmaq üçün proqram verir; 
onun həyatının vətəndaşlıq mövqeyini, mə‟nasını və amalını müəyyən 
edir
1
.
Fəlsəfə nəzəri biliklər sistemidir. O, dünyagörüşü ilə bağlı 
məsələləri ardıcıllıqla, düşünülmüş surətdə, əsaslı dəlillərə arxalanmaqla 
həll edir. Odur ki, yalnız fəlsəfəni öyrənməklə insanlar özlərinin dünya 
haqqında kortəbii formalaşan təsəvvürlərindəki səthiliyi və yanlışlıqları 
aradan qaldıra bilir, dünya haqqında düşünülmüş, sistemli və səhih 
1
Ильин В.В. Философия. М.,1999, с.18. 



mə‟lumat əldə edirlər. Vaxtilə Dekart göstərirdi ki, «yalnız fəlsəfə bizi 
vəhşilərdən və barbarlardan fərqləndirir. Hər bir xalqın vətəndaşlıq və 
təhsil səviyyəsi onun yaxşı filosofluq etməsindən asılıdır»
1


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin