12
dünyagörüşünün nüvəsini təşkil edən əsas anlayışlar və prinsiplər daxildir.
Bu prinsiplərin
xüsusiyyəti odur ki, onlar sadəcə təsəvvürlər və biliklər
əsasında formalaşmaqla bitmir, həm də dünyanı və insanı
dəyər
baxımından əks etdirir
1
.
Bütövlükdə insanların dünyagörüşündə zəka və hisslər bir- birindən
təcrid olunmuş halda deyil, sıx çulğaşmış şəkildə özünü göstərir.
Deyilənlərdən
əlavə,
dünyagörüşü
insanların
müxtəlif
iradi
keyfiyyətlərini, fəaliyyət əzmini də əhatə edir.
Insanların dünyagörüşünün strukturunda
onlar tərəfindən dərindən
qəbul edilən, öz həyat mənafelərinə uyğun hesab olunan biliklər-
əqidə
xüsusi yeri tutur. Əqidə və məsləkin rolu o qədər böyükdür ki, onların
həyata keçirilməsi yolunda insanlar hətta öz həyatını
da qurban verə
bilirlər. Biliyin əqidəyə çevrilməsi o vaxt baş verir ki, insanlarda bu
biliklərə, onların məzmunu və mə‟nasına inam yaranır və möhkəmlənir.
Bununla əlaqədar qeyd edək ki, inam dedikdə təkcə dini məzmun nəzərdə
tutulmur. Dini inam ilə yanaşı elmə əsaslanan inam da mövcuddur. Fəlsəfi
inam məhz elmə və zəkaya arxalanır. Görkəmli alman filosofu K.Yaspers
yazırdı: «Fəlsəfi inam, düşünən insanın inamı
bununla səciyyələnir ki, o
həmişə yalnız biliklə ittifaqda mövcuddur»
2
.
Dünyagörüşünün daxili məzmunundan danışarkən burada
şübhənin
də əhəmiyyətli yer tutduğu qeyd olunmalıdır. Şübhə dünyagörüşündə
müstəqilliyi və dərindən düşünülmüş mövqeyi ifadə edir.
Təcrübə göstərir
ki, bu və ya digər sərvətlər sisteminin, informasiyanın daxili tənqid
süzgəcindən keçirmədən, kor- koranə qəbul edilməsi daim səhvlərə gətirib
çıxarır. Buna görə də şübhə hər bir dünyagörüşünün
zəruri momentini
təşkil edir. O fanatizmin və doqmatizmin əleyhinədir. Əlbəttə,
dünyagörüşündə şübhəyə yer vermək ifrata varmaq, yə‟ni hər şeyə ancaq
şübhə ilə yanaşmaq demək deyildir.
Dostları ilə paylaş: