15
əhəmiyyətli tə‟sir göstərmək imkanlarını sübut edir. Hazırda din müxtəlif
ölkələrin və regionların xalqları arasında bəşəriyyətə son dərəcə gərəkli
olan emosional hiss və həyəcanların, ümumi dəyərlərin, həyat ideallarının,
əxlaq normalarının təbliğ edilməsində əhəmiyyətli rol oynayır.
Dini və fəlsəfi dünyagörüşləri
arasında oxşar cəhətlər, həm də
ciddi fərqlər vardır
. Onların yaxınlığı bundan irəli gəlir ki, hər ikisi
dünyagörüşün ictimai- tarixi formaları olmaq e‟tibarilə dünyanı izah
etmək, insanların şüuruna və davranışına tə‟sir göstərmək məsələləri ilə
məşğul olurlar. Buna görə təsadüfi deyildir ki, əsrlər boyu filosoflar
arasında xeyli dərəcədə dinə inananlar olmuşdur. Lakin fəlsəfi
dünyagörüşünün səciyyəvi cəhətini mütilik, itaət deyil,
azadfikirlilik
təşkil edir. Bütün tarixi dövrlərdə zəmanəsinin intellektual zəka sahibləri,
təhsilli və mədəni adamlar, mənən güclü hesab edilən şəxslər azad və
müstəqil düşünməyi üstün tutmuşlar. Həm də dindən fərqli olaraq fəlsəfə
əsas diqqəti insanların həyəcan, emosiya və e‟tiqadlarına, ümidlərinə
deyil, birinci növbədə
dünyagörüşünün intellektual, nəzəri səpkisinə
yönəldir. Dünyanın fəlsəfi anlaşılması zəkaya, intellektə əsaslanır.
Fantastikanın, uydurma obrazların yerinə fəlsəfi dünyagörüşü real
müşahidələri, məntiqi təhlili, ümumiləşdirmələri irəli sürür. Fəlsəfi fikir
inkişaf etdikcə, adi şüurun dar və məhdud dairəsi aradan qalxır. Fəlsəfə
yarandıqdan sonra dünya haqqında biliklər, insanların həyat təcrübəsi,
e‟tiqadı və idealları ilə vəhdətdə götürülməyə başlayır.
Dostları ilə paylaş: