16
ümumiləşdirir, sintez edir və dünyaanlamını formalaşdırır; b) fərdi və so-
sial yaradıcılığın ən mühüm oriyentirlərini göstərir və əsaslandırır
1
.
Fəlsəfədə
«maddi
ilə
mə‟nəvinin»
münasibətlərinin
aydınlaşdırılması xüsusi yer tutur. Lakin bu məsələ əvvəllərdə o qədər də
böyük əhəmiyyət kəsb etməmişdir. O əsas e‟tibarilə
XVII- XVIII
əsrlərdən başlayaraq özünü qabarıq şəkildə göstərmişdir. Bu, onunla
əlaqədardır ki, məhz həmin dövr sözün əsl mə‟nasında fəlsəfi fikrin
sür‟ətli inkişafı, onun dini dünyagörüşündən və ayrı- ayrı xüsusi elmlərdən
qəti surətdə ayrılması ilə səciyyələnir. Əlbəttə, bu,
o demək deyildir ki,
yeni dövrdən bu tərəfə bütün fəlsəfi tə‟limlər həmin məsələni birmənalı
qəbul edirlər. Hətta bu günün özündə də filosoflar arasında maddi ilə
mə‟nəvinin münasibəti məsələsinə bilavasitə cavab verməkdən yayınmaq
halları mövcuddur. Lakin bir şey aydındır: istənilən konkret fəlsəfi məsələ
götürülürsə, götürülsün, onun həllində maddi ilə mə‟nəvinin
münasibəti
çıxış nöqtəsi rolunu oynayır.
Fəlsəfi dünyagörüşünün məzmunu çox müxtəlif və rəngarəngidir.
Burada insanın dünyaya aşağıdakı
Dostları ilə paylaş: