Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə21/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

fəlsəfə açıq 
xarakter daşımalıdır



22 
Fəlsəfi konsepsiyanın məzmunu nə qədər zəngindirsə, o, 
mədəniyyətin bir o qədər çox tərəflərini təhlil edir, onları dünyagörüşü 
baxımından mə‟nalandırır. Fəlsəfə ilə mədəniyyətin müxtəlif sferaları 
arasında olan bu münasibəti ağac ilə onun budaqlarının münasibəti 
timsalında göstərmək olar. Hər bir ağacın budaqları sanki mədəniyyətin 
müxtəlif sferalarının fəlsəfi öyrənilməsi sahələrinə bənzəyir: bu budaqların 
sayı az olduqca fəlsəfi konsepsiya daha dərin ixtisaslaşır, çox olduqda 
onun fəlsəfi məzmunu da zəngin, geniş olur. 
Fəlsəfənin mədəni- tarixi hadisə kimi götürülməsi ona qarşısında 
duran problemləri kompleks şəkildə (onlara xas olan dinamizm ilə 
birlikdə) əhatə etmək imkanı verir. Bu isə son dərəcə zəruridir. Belə ki, 
ictimai həyatın özü müxtəlif tarixi mərhələlərdə çoxtərəfli mədəniyyət 
sərvətlərinin yaradılması, saxlanılması, inkişaf etdirilməsi və gələcək nəslə 
ötürülməsini əhatə edən vahid və bütöv bir proses kimi çıxış edir. Bu 
proses insan fəaliyyətinin müxtəlif sahələrində köhnə tarixi təcrübə 
formalarının tənqidi surətdə mənimsənilməsi, vaxtını keçirmiş formaların 
aradan qaldırılması və yenilərinin yaradılması ilə bağlıdır. 
2.
Fəlsəfənin funksiyaları 
 
Fəlsəfənin cəmiyyətdə rolu onun funksiyalarında təzahür edir. Bu 
elm öz strukturuna uyğun olaraq iki qrup funksiya yerinə yetirir: 
dünyagörüşü və metodoloji

Fəlsəfənin dünyagörüşü funksiyaları sırasında birinci yerdə 
humanist
funksiya durur. Bu onunla izah edilir ki, insan, onun humanist 
idealı fəlsəfi dünyagörüşünün mərkəzi məsələsidir. Həmin funksiya bunda 
təzahür edir ki, o insan həyatının mə‟nasını düzgün izah edir. Cəmiyyətdə 
azad və humanist formaların bərqərar olmasına çalışır. Bütün dövrlərdə 
mütərəqqi fəlsəfi fikirlər insanın öz fəaliyyətinin nəticələrindən, siyasi 
hakimiyyətdən özgələşməsinə qarşı çıxır. Bununla yanaşı fəlsəfə insanın 
mə‟nəvi azadlığını təbliğ edir. Müasir şəraitdə humanist funksiyanın 
əhəmiyyəti daha da artır. Çünki hazırda baş verən əsaslı dəyişikliklər, 
fəaliyyətin bütün sahələrində özünü göstərən ssiyentizm (elmiləşmə) və 
texnisizm insanın şəxsiyyət göstəricilərinə güclü mənfi tə‟sir edir. 
Nəticədə şəxsiyyətin mə‟nəvi kasadlaşması baş verir. Belə şəraitdə texniki 
və sosial inkişafa 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin