29
əlaqələndirmək, qovuşdurmaq, bu halda baş verə biləcək paradoks,
aporiya və idrakı dilemmaların özünü aradan qaldırmağı tələb edir.
Elmlərdə bu və digər qəbildən olan çətinliklərin və böhran hallarının
düzgün mə'nalandırılmasında fəlsəfə xüsusi yer tutur. Belə ki,
bu hallar
çox vaxt bilavasitə və ya dolayısı ilə əbədi fəlsəfi problem – təfəkkür, dil
ilə reallığın nisbəti problemi ilə bağlı olur. Buna görə də fəlsəfə onları
asanlıqla həll edə bilir. Fəlsəfə təkcə elmə oxşar funksiyalar yerinə
yetirməklə məhdudlaşmır. Fəlsəfə bütövlükdə mədəniyyətin,
o cümlədən
də elmin ümumi əsaslərının izah edir. Həm də qeyd olunmalıdır ki,
konkret sahələri və hadisələri öyrənən mütəxəssislərin
dünya haqqında,
onun quruluş prinsipləri və ümumi qanunauyğunluqları haqqında
bütöv təsəvvürlərə ehtiyacı
vardır. Bu cür təsəvvürləri isə konkret elmlər
deyil, fəlsəfə işləyib hazırlayır. Sonra, xüsusi elmlərin istifadə etdiyi
universal təfəkkür vasitələrini
– kateqoriyaları, prinsipləri, müxtəlif
idrak vasitələrini onların
özləri deyil, fəlsəfə formalaşdırır, sistemləşdirir
və mə'nalandırır. Elmin ümumdünyagörüşü və nəzəri– idrakı əsaslarını
öyrənmək və sahmana salmaq da fəlsəfənin öhdəsinə düşür. Nəhayət, belə
bir cəhət də nəzərə alınmalıdır: elm özü- özlüyündə öyrəndiyi obyektə
qiymətverici münasibət bəsləmir. Bu baxımdan elmin müsbət, faydalı və
ya zərərli olduğunu birmə'nalı izah etmək doğru olmazdı.
Elm elə bir
vasitədir ki, o yalnız
Dostları ilə paylaş: