I HISSƏ FƏLSƏFƏNIN PREDMETI VƏ BILIKLƏR SISTEMINDƏ YERI I FƏSIL FƏLSƏFƏ DÜNYAGÖRÜŞÜDÜR 1. Fəlsəfəni öyrənməyin əhəmiyyəti Fəlsəfə ictimai şüurun qədim və özünəməxsus formasıdır. O
yarandığı gündən insanın malik olduğu biliklər sistemində çox mühüm rol
oynayır. Bu onunla izah edilir ki,
fəlsəfə bütün dövrlərdə dünyagörüşü məsələlərini irəli sürür və onları həll edir . Həmin məsələlər isə yaşadığı
zəmanədən asılı olmayaraq bütün insanlar üçün həyati əhəmiyyətə malik-
dir. Dünyagörüşünün müstəsna rolunu qeyd edərək, A.Şveytser göstərirdi
ki, «dünyagörüşü ideyaları özündə mövcudluğumuzun mənası və
bəşəriyyətin amalı haqqında düşünə bildiyimiz və nəzərdə tutduğumuz hər
şeyi əhatə edir; onlar bizim varlığımızı istiqamətləndirir və dəyərləndirir.
Ayrıca bir insanın və cəmiyyətin dünyagörüşü olmayan həyatı yüksək
səviyyəli səmtləşmə hissinin patoloji pozuntusu deməkdir»
1
.
Fəlsəfə qədim yunan dilində «hikməti sevmək» mə‟nasını verir.
Deyildiyinə görə bu sözü ilk dəfə yunan riyaziyyatçısı Pifaqor (b.e.ə. 580-
500- cü illər) müdriklərə və düzgün həyat tərzi keçirən adamlara aid
etmişdir.
Insan zəkalı varlıqdır. O çoxtərəfli fəaliyyət göstərir. Həmin
fəaliyyətin uğurlu olması üçün düzgün məqsəd müəyyənləşdirmək, bu və
ya digər məsələ üzrə müvafiq qərar qəbul etmək son dərəcə zəruridir. Bu
isə dünya haqqında hərtərəfli və düzgün təsəvvürlərə malik olmağı
nəzərdə tutur. Onların məcmusu dünyagörüşü adlanır.
Dünyagörüşü in- sana obyektiv reallıq və burada insanın yeri haqqında, insanın onu əhatə
edən gerçəkliyə və özünə münasibəti haqqında
biliklər verir. Onun
məzmununa həm də bu biliklər əsasında formalaşan