üç münasibət tipi xüsusi yeri tutur:
idraki münasibət, praktiki münasibət və qiymətverici münasibət .
Insanın dünyaya idraki münasibəti fəlsəfi dünyagörüşündə
müstəsna yer tutur. Başqa sözlə, bu, o deməkdir ki,
biz dünya haqqında nə bilirik, insan dünyanı dərk edə bilərmi? Əlbəttə, dünyanın dərk
olunmasını təkcə fəlsəfənin vəzifəsi hesab etmək doğru olmazdı. Əsrlər
boyu xüsusi elmlər, müxtəlif bilik sahələri də bu məqsədə xidmət etmişlər.
Lakin bu məsələdə fəlsəfənin özünəməxsus rolu vardır. Belə ki, o idrakın
digər konkret növlərindən fərqli olaraq
universal xarakterli nəzəri idrakdır. Fəlsəfi təfəkkürün bu spesifikliyini nəzərdə tutaraq I.Kant
göstərirdi ki, fəlsəfə aşağıdakı iki əsas vəzifəni yerinə yetirir: o, geniş mi-
qyasda rasional biliklər ehtiyatına malik olmaqla, bu bilikləri bir ideya
şəklində birləşdirir və bütün digər elmləri sistemli vəhdət halına gətirir
2
.
Fəlsəfi təfəkkür normal insanın hər şeyi bilmək marağının
hüdudları ilə məhdudlaşmır, dünya haqqında bilikləri genişləndirməyi və
dərinləşdirməyi intellektual tələbata çevirir. Insanın intellektual qabiliyyəti
onun praktiki təcrübəsi çərçivəsini aşıb keçir, ondan yüksəkdə duran
ümumi nəzəriyyə, əqli nəticələr səviyyəsində təzahür edir. Məsələn,
dünyanın bütöv bir tam kimi, məkan və zaman e‟tibarilə sonsuz, insandan
asılı olmayan obyektiv reallıq kimi dərk olunmasını heç bir təcrübə
əsasında həyata keçirmək mümkün deyildir. Lakin fəlsəfi dünyabaxışı əqli
nəticələrin köməyi ilə bu mürəkkəb vəzifəni həll edir.
1
Bax: Ильин В.В. Философия. М.,1999, с.16.
2
Кант И. Трактаты и письма. М.,1980, с.332.
17
Dünyanın dərk edilməsinə münasibətdə
fəlsəfədə iki yanlış mövqe özünü göstərir. Bunlardan biri hər şeyə şübhə ilə yanaşan pessimist baxış,