Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə15/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

skeptisizmdir
. Ikinci qütbü isə prinsipcə dünyanın dərk edilə bilənliyini 
inkar edən baxış- 
aqnostisizm 
(biliyin inkarı deməkdir) təşkil edir. 
Fəlsəfə tarixində bə‟zən belə fikirlərə rast gəlinir ki, guya fəlsəfə 
əbədi və dəyişməz prinsiplərə malik olan ən ali müdriklikdir. Lakin zaman 
keçdikcə mə‟lum oldu ki, tarixin fövqündə duran 
əbədi fəlsəfi zəka, 
fəlsəfi prinsiplər qeyri- mümkündür
. Beləliklə də, fəlsəfədə ən‟ənəvi 
yanlış baxışın yerinə, onu ictimai tarixi biliyin xüsusi forması hesab edən 
baxış meydana gəldi. Bu baxışa görə bütün şüur formaları kimi fəlsəfi 
şüur da tarixən dəyişkən xarakter daşıyan varlığın əks olunmasıdır. Odur 
ki, tarixdən yüksəkdə, mütləq fəlsəfi mövqe, prinsiplər haqqında iddialar 
illüziyadan başqa bir şey deyildir. Hər bir tarixi dövr, onun şəraiti 
bütövlükdə mövcud fəlsəfi fikrə, habelə hər bir filosofun dünyagörüşünə 
ciddi tə‟sir göstərir. Bu prinsipial cəhət nəzərə alınmadıqda mücərrəd 
fəlsəfi fikrin ictimai həyata tə‟siri mütləqləşdirilir və şüur tarixin əsas 
hərəkətverici qüvvəsi hesab edilir. 
Fəlsəfi dünyagörüşündə 
elmilik, elmə münasibət 
məsələsi çox 
mühüm yer tutur. Qeyd edək ki, fəlsəfi fikir tarixində zəka və əxlaqın 
vəhdəti xüsusi qeyd olunduğu kimi, fəlsəfənin elm ilə əlaqəsinə də geniş 
yer verilmişdir. Hələ qədim yunan fəlsəfəsində əsl bilik yüksək 
qiymətləndirilir, onun adi rə‟ydən üstün olduğu göstərilirdi. Fəlsəfi 
ümumiləşmələrin, proqnozların elmi əsaslılığı və həqiqiliyi məsələsi 
sonrakı dövrlərdə daha çox diqqəti cəlb etmişdir. 
Fəlsəfənin elmiliyi problemi, 
elmi- 
fəlsəfi dünyagörüşü 
anlayışında daha aydın ifadə olunur. Bu anlayış dünyanı və burada insanın 
yerini, elmə əsaslanmaqla izah edən sistemi nəzərdə tutur. Elmlər inkişaf 
etdikcə bir tərəfdən bu sistemin özü təshih olunur, dəqiqləşir, digər 
tərəfdən isə o, elmin inkişafına fəal tə‟sir göstərir. 
Bununla əlaqədar 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin