24
ziddiyyətliliyin xas olması və s.) mümkün olmuşdur. Gündəlik təcrübə,
həyati praktika fəlsəfi ümumiləşdirmələr üçün bu gün də mühüm mənbə
rolunu oynayır. Lakin tarixi inkişaf gedişində fəlsəfi ümumiləşdirmələr
aparmaq üçün praktiki və elmi- nəzəri biliklərin rolu durmadan artır.
Deyilənlərlə yanaşı, fəlsəfə mədəniyyət sistemində mühüm
tənqidi
funksiya
yerinə yetirir. Bu, onda ifadə olunur ki, mürəkkəb fəlsəfi
problemlərin həlli, dünyaya baxışın təkmilləşməsi bir qayda olaraq
müxtəlif yanlışlıqların, səhvlərin və qalıqların tənqidi sayəsində baş verir.
Fəlsəfə tarixində F.Bekon bu funksiyanın rolunu xüsusi qeyd etmişdir. O,
göstərirdi ki, müxtəlif kabuslar (cəhalət, dini fanatizm, ehkamçı idrak və
mühakimə ən‟ənələri və s. maniələr) canlı, daim axtarışda olan intellektin
düşmənidir.
Bütün tarixi dövrlərdə qabaqcıl mütəfəkkirlər, köhnə baxışlara,
ehkamlara, dünyagörüşü sxemlərinə şübhə ilə yanaşmışlar. Bununla
yanaşı, onlar köhnə sistem və baxışlarda mütərəqqi olanı, həqiqi və
qiymətli nə varsa hamısını müdafiə etmiş, əsaslandırmış və inkişaf
etdirmişlər. Bu, onu sübut edir ki, mədəniyyət sistemində fəlsəfə tənqidi
süzgəc rolunu həyata keçirir. O, müxtəlif dünyagörüşlərində yaranmış
olan müsbət tərəfləri toplayır və onu gələcək nəsillərə ötürür.
Fəlsəfə insanların mədəni- tarixi təcrübənin bütün formalarının
Dostları ilə paylaş: