26
anlayışlar yaranır və inkişaf edir. Bu münasibətdə fəlsəfə böyük rol
oynayır. Müasir dövrdə üstün yer tutan elmi biliklərin inteqrasiyası meyli
fəlsəfənin bu funksiyası üçün yeni şərait və imkanlar yaradır.
Nəhayət, fəlsəfənin
məntiqi- qnoseoloji funksiyası
da vacibdir.
Həmin
funksiya fəlsəfi metodun, onun normativ prinsiplərinin işlənib
hazırlanmasında, habelə elmi biliyin strukturlarının məntiqi- qnoseoloji
əsaslandırılmasında təzahür edir. Dialektikanın
prinsipləri həm də
dialektik məntiq olmaq e'tibarilə müxtəlif elmi nəzəriyyələrin tərkibinə
məntiqi əsas kimi daxil olur. Bu zərurət onunla şərtlənir ki, ayrı- ayrı
xüsusi elmlər təfəkkür formalarını, onun qanunlarını
və məntiqi
kateqoriyalarını öyrənməklə məşğul olmurlar. Buna görə də onların
məntiqə, qnoseologiyaya, ümumidrak metodologiyasına ehtiyacı yaranır.
Bu funksiyanı məntiq rolunu oynayan dialektika yerinə yetirir. O idrak
fəaliyyətinin ümumi
oriyentirlərini müəyyən edir, beləliklə də fəlsəfənin
ümummetodoloji funksiyalarını praktiki həyata keçirir.
Yuxarıda deyilənlər sübut edir ki,
fəlsəfə cəmiyyətdə çoxlu və
mühüm funksiyalar yerinə yetirir. Həm də nəzərdə tutulmalıdır ki, onlar
bir- birindən təcrid olunmuş halda deyil, sıx qarşılıqlı
əlaqədə fəaliyyət
göstərirlər.
3. Fəlsəfə və digər elmlər
Fəlsəfə yarandığı vaxtdan e'tibarən
Dostları ilə paylaş: