həm Şərqdə ,
həm də Qərbdə fəlsəfənin yaranması bir sıra ümumi
qanunauyğunluqlara malikdir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
Birinci, fəlsəfə mifoloji şüurun fonunda, onun böhranı şəraitində
meydana gəlmişdir. Bu o deməkdir ki, cəmiyyətin ümumi inkişafı
gedişində elə vəziyyət yaranır ki, artıq dünyagörüşü ilə bağlı məsələləri
mifoloji təsəvvürlər əsasında izah etmək qeyri- mümkün olur. Beləliklə,
ictimai şüurun mövcud forması (yə‟ni mifologiya) böhran keçirir .
Dünya və insanın burada yerini ifadə edən problemlərin izahında köhnə
ən‟ənələr, ümumi tərəfindən qəbul olunmuş rə‟ylər artıq öz dövrünü keçi-
rir.
Insanlar bu problemlərin səbəblərini öyrənməyə cəhd göstərirlər.
Buna uyğun gələn dünyagörüşü forması isə məhz fəlsəfədir.
Ikinci, bütün
regionlarda ilkin fəlsəfi təsəvvürlər quldarlıq cəmiyyətində meydana
gəlmişdir. Bu təsadüfi deyildir. Belə ki,
fəlsəfi dünyagörüşünün yaranmasını zəruri edən yuxarıda qeyd olunan şərtlər məhz bu quruluşda yetişir . Lakin quldarlıq cəmiyyəti müxtəlif ölkələrdə eyni
vaxtda qərarlaşmır. Fəlsəfənin yaranma tarixinə görə regionlar və
dövlətlər arasında fərqlilik bununla izah olunur.
Üçüncü, həm Qərbdə,
həm də Şərqdə
fəlsəfi biliklər ümumbəşəri dəyərlər (xeyir və şər, ədalət, dostluq, xoşbəxtlik və sair) ilə ayrılmaz əlaqədə formalaşmışdır . Bu onunla izah edilir ki, ümumbəşəri dəyərlər fəlsəfə
üçün səciyyəvi olan müdrikliyə sevgi və həyatın ağıllı təşkilinin mühüm
tərəfləridir.
Dördüncü qanunauyğunluq insanların həqiqi biliklər əldə
etmək üçün apardığı elmi axtarış cəhdlərinin çoxalmasıdır. Başqa sözlə
söhbət cəmiyyətin və fəlsəfənin metodoloji funksiyasına marağın
artmasından gedir.
Yuxarıda qeyd olunan ümumi qanunauyğunluqlarla yanaşı hər bir
regionda və ölkədə fəlsəfənin təşəkkülü