Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə34/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

həm Şərqdə

həm də Qərbdə 
fəlsəfənin yaranması bir sıra ümumi 
qanunauyğunluqlara malikdir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar: 
Birinci, 
fəlsəfə mifoloji şüurun fonunda, onun böhranı şəraitində 
meydana gəlmişdir. Bu o deməkdir ki, cəmiyyətin ümumi inkişafı 
gedişində elə vəziyyət yaranır ki, artıq dünyagörüşü ilə bağlı məsələləri 
mifoloji təsəvvürlər əsasında izah etmək qeyri- mümkün olur. Beləliklə
ictimai şüurun mövcud forması (yə‟ni mifologiya) böhran keçirir

Dünya və insanın burada yerini ifadə edən problemlərin izahında köhnə 
ən‟ənələr, ümumi tərəfindən qəbul olunmuş rə‟ylər artıq öz dövrünü keçi-
rir. 
Insanlar bu problemlərin səbəblərini 
öyrənməyə cəhd göstərirlər. 
Buna uyğun gələn dünyagörüşü forması isə məhz fəlsəfədir. 
Ikinci, 
bütün 
regionlarda ilkin fəlsəfi təsəvvürlər quldarlıq cəmiyyətində meydana 
gəlmişdir. Bu təsadüfi deyildir. Belə ki, 
fəlsəfi dünyagörüşünün 
yaranmasını zəruri edən yuxarıda qeyd olunan şərtlər məhz bu 
quruluşda yetişir
. Lakin quldarlıq cəmiyyəti müxtəlif ölkələrdə eyni 
vaxtda qərarlaşmır. Fəlsəfənin yaranma tarixinə görə regionlar və 
dövlətlər arasında fərqlilik bununla izah olunur. 
Üçüncü,
həm Qərbdə, 
həm də Şərqdə 
fəlsəfi biliklər ümumbəşəri dəyərlər (xeyir və şər, 
ədalət, dostluq, xoşbəxtlik və sair) ilə ayrılmaz əlaqədə 
formalaşmışdır
. Bu onunla izah edilir ki, ümumbəşəri dəyərlər fəlsəfə 
üçün səciyyəvi olan müdrikliyə sevgi və həyatın ağıllı təşkilinin mühüm 
tərəfləridir. 
Dördüncü qanunauyğunluq
insanların həqiqi biliklər əldə 
etmək üçün apardığı elmi axtarış cəhdlərinin çoxalmasıdır. Başqa sözlə 
söhbət cəmiyyətin və fəlsəfənin metodoloji funksiyasına marağın 
artmasından gedir.
Yuxarıda qeyd olunan ümumi qanunauyğunluqlarla yanaşı hər bir 
regionda və ölkədə fəlsəfənin təşəkkülü 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin