Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Sosial fəlsəfə, varlığın özünəməxsus



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə32/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Sosial fəlsəfə, varlığın özünəməxsus 
sahəsi olan cəmiyyətin 
mövcudluğu və inkişafının ümumi qanunauyğunluqlarını öyrənir. Onun 
məşğul olduğu konkret məsələlər bunlardır: sosial idrakın spesifikliyi
cəmiyyətin sistemli təhlili; ictimai həyatın iqtisadi, sosial və siyasi 
sferalarının fəlsəfi araşdırılması; cəmiyyətin mə‟nəvi həyatı və 
mədəniyyəti; ictimai şüur və onun formaları; tarixi prosesin mahiyyəti və 
hərəkətverici qüvvələri; 
5) 
Fəlsəfi antropologiya,
insan haqqında fəlsəfi tə‟lim deməkdir. 
Insanın ümumi və ən mühüm məsələlərini öyrənir. Buraya aşağıdakılar 


31 
daxildir: insanın dünyada yeri; insanın daxili aləmi, mövcudluq və 
mahiyyət; insanda bioloji və sosial; şüuri və qeyri şüuri tərəflərin rolu; 
insan, fərd və şəxsiyyətin qarşılıqlı münasibətləri və sair. 
6) 
Aksiologiya- dəyərlər haqqında tə‟limdir
. O sosial dəyərləri
onların rolunu və təsnifatını; qnoseoloji, etik və estetik dəyərləri; sosial 
dəyərlərin şəxsiyyətin sosiallaşmasında rolunu öyrənir. 
 


32 
II HISSƏ 
FƏLSƏFƏNIN YARANMASI VƏ INKIŞAFININ ƏSAS 
MƏRHƏLƏLƏRI 
 
I FƏSIL 
 FƏLSƏFƏNIN YARANMASI ŞƏRAITI.
QƏDIM ŞƏRQ FƏLSƏFƏSI 
 
1. Fəlsəfənin yaranmasının ümumi
qanunauyğunluqları və spesifik cəhətləri 
Dünya fəlsəfi fikri tarixinin öyrənilməsi müxtəlif dövrlərdə ayrı- 
ayrı xalqlar tərəfindən irəli sürülən və həll edilən problemlər haqqında 
bitkin təsəvvür yaradır
. Bu çox vacibdir, çünki bəşəriyyətin əsrlər boyu 
qoruduğu və inkişaf etdirdiyi fəlsəfi hikmət xəzinəsinə qovuşmağa imkan 
verir. Fəlsəfənin əsas tarixi tiplərini, onların hər birinin səciyyəvi 
xüsusiyyətlərini, habelə ümumi vahid inkişaf xəttini arayıb tapmaq fəlsəfi 
irsi düzgün qiymətləndirmək üçün də zəruridir. Nəzərdə tutulmalıdır ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin