39
normalar əsas yeri tutur. 3) Hind fəlsəfəsinin klassik dövrü e.ə. I minilliyin
sonlarından başlanır və feodalizmə qədər gəlib çatır
1
.
Qədim Hindistanda fəlsəfə qəbilə e‟tiqadları və adətlərini
qoruyan
brəhmənizmə qarşı mübarizə gedişində
yaranmışdır. Ən‟ənəvi vedalar
allahlar şərəfinə tərtib olunmuş himnlər idi.
Sonralar hər bir veda
brəhmən, yə‟ni təsvir (şərh), aranyak (meşə kitabları) və upanişad (hərfi
mə‟nası müəlliminin ayağı yanında oturan deməkdir) forması almışdı.
Yalnız yüksək kastanın nümayəndələri- brəhmənlər vedalardakı hikmətin
əsl biliciləri və şərhçiləri hesab olunurdu. Lakin qəbilə münasibətlərinin
dağılması, qohumluğa əsaslanan əxlaqın böhranı
kahinlərin nüfuzunun
toxunulmazlığı, onların göstərişlərinin qeyd şərtsiz yerinə yetirilməli
olduğu haqqında təsəvvürləri sarsıtdı. Bunları şübhə altına
alan ilk
«yereslər» yaranmağa başladı. Onları tərki dünyalıq təbliğ edən şramanlar
(cəhd göstərən deməkdir) adlandırırdılar. Sonuncuların cəhdləri təkcə tərki
dünyalıq səciyyəsi daşımırdı.
Onlar həm də vedlərə, dini qaydalara
yenidən baxılmasını təbliğ edirdilər.
Eramızdan əvvəl VI- V əsrlərdə Hindistanda
brəhmənizmi tənqid
edən bir çox cərəyanlar yaranmışdı. Onların bazasında sonralar əsas fəlsəfi
sistemlər inkişaf etmişdir. Təxminən VII- VI
əsrlərdə yaranan sutralar
(zərb- məsəl, aforizmlər) Hindistanda fəlsəfəni ardıcıl və müstəqil surətdə
ifadə edən ilk sistemlər olmuşdur. Bu vaxtdan e‟tibarən yeni dövrə qədər
Hind fəlsəfəsi faktiki olaraq altı klassik məktəbdə- darşan (vedanta, san-
kya, yoqa, nyaya, vayşeşika və mimansa) təmsil olunmuşdur. Bunlarla
yanaşı qeyri- ortodoksal cərəyanlar- çarvaklar və ya lokoyata, caynizm və
buddizm tə‟limləri də
inkişaf etmişdi
2
.
Dostları ilə paylaş: