Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Qədim Çində də fəlsəfənin təşəkkülü



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə44/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Qədim Çində də fəlsəfənin təşəkkülü
, təxminən Hindistandakı 
kimi olmuşdur. Yə‟ni burada iqtisadi tərəqqi, pulun və xüsusi mülkiyyətin 
meydana gəlməsi nəticəsində ən‟ənəvi icma münasibətlərinin dağılması, 
elmi biliklərin (birinci növbədə astronomiya, riyaziyyat və təbabət 
sahələrində) artması mə‟nəvi həyatda çevriliş üçün əlverişli zəmin 
yaratmışdı. Səciyyəvidir ki, Çində də ilk «müxalifətçilər» sərgərdan 
gəzərək tərkidünyalıq edən aqillər olmuşlar. «Çjan qo» («döyüşən çar-
1
Bax: Философия. V. Lavrinenkonun redaktəsi ilə. М.,1998, с.36. 


41 
lıqlar») dövründə Çin fəlsəfəsinin «qızıl əsri» onlar tərəfindən hazır-
lanmışdır. 
Qeyd edək ki, Çində ayrı- ayrı fəlsəfi ideyalara hələ VI əsrdən 
əvvəlki qədim mədəniyyət abidələrində rast gəlinir. «Şi-szin» («Şe‟rlər 
qanunu») və «I szın» («Dəyişikliklər kitabı») və başqa abidələrdə əks olu-
nan fikirlər bunu sübut edir. Ümumiyyətlə qədim Çin fəlsəfəsini altı 
böyük məktəb təmsil edirdi. Onlardan üçü (
konfusiyaçılıq, daosizm və 
moizm) 
daha geniş yayılmışdı. 
Konfusiyaçılıq
qədim Çin fəlsəfəsinin ən nüfuzlu məktəbi hesab 
edilir. Onun banisi Konfutsiy (e.ə.551- 479) olmuşdur. Bu tə‟limin əsas 
mənbəyini «Lun yuy» («Söhbətlər və mühakimələr») təşkil edir. Burada 
Konfusinin öz tələbələri ilə söhbətləri və mülahizələri əsas yer tutur. Kon-
fusinin tə‟limi əvvəlkilərdən fərqli olaraq maddi dünya və kosmoqoniya 
(kainatın yaranması) məsələlərinə az maraq göstərmişdir. Onun 
fəlsəfəsinin başlıca predmetini insan təşkil edir. Konfusi ideal insan 
tərbiyəsini, yə‟ni əqli və əxlaqi cəhətdən yüksək inkişaf etmiş insanı ön 
plana çəkir. Bu tə‟limdə insanın davranışa və tərbiyə normaları dini rituala 
əsaslanırdı. Ritualların qorunması müdrikliyin özəyi hesab olunurdu. 
Göstərilirdi ki, fəlsəfənin mahiyyəti müdrikliyi düzgün izah etmək və 
anlamaqdadır. Konfusinin tərbiyə tə‟limində jen (yüksək xeyirxahlıq, hu-
manizm, bəşərilik) əsas yeri tutur. Şəxsiyyətin bütün əxlaqi keyfiyyətləri 
jenin təzahürüdür. Konfusinin «qızıl aralıq» haqqında fikirləri də 
əhəmiyyətlidir. 
Qədim Çində 
daosizm
(dao- yol deməkdir) tə‟limi də geniş 
yayılmışdı (e.ə. I minilliyin II yarısı). Onun banisi Lao-tsı hesab olunur. 
Bu tə‟limə görə dao adlanan qanun ümumilikdə təbiətin və cəmiyyətin, 
habelə ayrılıqda götürülmüş hər bir insanın davranışı və hərəkətini 
müəyyən edir. Dao boşluq və sonsuzluqdur, o heç nə etmir, eyni zamanda 
hər şeyi edir, Dao həm sükunətdədir, həm də hərəkətdədir. Onu başa 
düşmək təbiətin daxili inkişaf qanununu bilmək deməkdir. Lao- tsı təbiətə 
münasibətdə hər bir fərdin və bütövlükdə cəmiyyətin xüsusi cəhd 
göstərməsini inkar edirdi. Onun fikrincə bu işdə yol verilən hər cür 
gərginlik insan ilə dünya arasındakı ziddiyyətləri artırır. Buna görə də 
ölçünü gözləmək davranışın başlıca prinsipi e‟lan olunurdu. Daosizmə 
görə müdrik hökmdar ölkəni idarə etmək üçün heç nə etməməlidir. Bu 
halda xalq inkişaf edir, cəmiyyətdə nizam və harmoniya yaranır. Daoya 
görə bütün insanlar (əslzadə və qul, gözəl və eybəcər, varlı və kasıb) 
bərabərdir. Buna görə də müdrik adam hamıya eyni gözlə baxmalıdır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin