Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə43/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Çarvaklar
fəlsəfəsi (dörd ünsür deməkdir) və ya lokayata (loka- 
dünya deməkdir) qədim Hindistanda ən nüfuzlu materialist tə‟limlərdən 
olmuşdur. Bu tə‟lim qeyri- ortodoksal xarakter daşıyırdı (yə‟ni tarixən, 
ən‟ənə üzrə davam edən tə‟limin əleyhinə yönəlmişdi). Belə ki, o ən‟ənəvi 
mövcud olan brəhmənə (vahid və xassəsi olmayan), atmana (dəyişməz, 
yüksək şüur), sansara (həyatın dövr etməsini iddia edən baxış), karmaya 
(upanişadlarda axirət dünyada günaha görə verilən cəza qanunu) qarşı 
çıxış edirdi. Bu tə‟limin tərəfdarları göstərirdilər ki, bütün mövcudatlar 
dörd elementdən (torpaq, su, atəş (od) və hava) yaranan materiyadan 
ibarətdir. Onların idrak tə‟limi dünyanın hissi qavranılmasına əsaslanırdı 
(yalnız bilavasitə qavranılan şeylər həqiqidir). Başqa dünya yoxdur, dinə 
və axirət dünyasına inanmaq ağlın azlığı, zəiflik və e‟tinasızlıq 
1
Bax: Лукьянов А.Е. Становление философии на Востоке. Древний Ки-
тай и Индия. М.,1989, с.13. 
2
Чаттерджи С., Датта Д. Индийская философия. М., 1994, с.20. 


40 
göstəricisidir. Çarvakların etik konsepsiyası gedonizm (həzz alma) təbliğ 
edirdi. Onların fikrincə həyatın mə‟nasını var- dövlət və həzz almaq təşkil 
edir. çarvakların devizi beləydi: bu həyatda yemək, içmək və keyf çəkmək 
lazımdır, çünki ölümdən qaçmaq mümkün deyildir, o onsuz da hamı üçün 
gələcəkdir
1

Qədim Hindistanda digər nüfuzlu qeyri- ortodoksal tə‟lim 
caynizm
olmuşdur. Onun banisi Mahavir Vardhaman (e.ə.VI əsr), həm də Cin (qa-
lib deməkdir) adlanırdı. Caynizm dualist xarakter daşıyırdı. Onun mərkəzi 
məsələsi 
şəxsiyyətin varlığı
idi. Caynizmə görə şəxsiyyət həm mə‟nəvi 
(civa) və həm də maddi (aciva)dir. Belə təsəvvür olunurdu ki, cansız, ko-
bud materiya ilə ruh birləşərək insan şəxsiyyətini əmələ gətirir. Civa (ruh) 
qeyri- mükəmməl və mükəmməl formada olur. Birincidə o materiya ilə 
bitişikdir, buna görə də əzab çəkir. Ikinci (mükəmməl) formada ruh mate-
riyadan ayrılır və azad olur. Bu halda o mö‟minliyin ən yüksək 
mərhələsinə (nirvana) gəlib çatır. 
Caynizm etik məsələlərə böyük diqqət verirdi. Onun fikrincə etik 
tərbiyə şəxsiyyətin qeyri- mükəmməl vəziyyətdən, mükəmməl səviyyəyə 
gəlməsində həlledici rol oynayır. Insan həyatının düzgün təşkili asketik 
(tərki dünya) davranışla əlaqəlidir. Əsas etik prinsiplər dünya ne‟mətlərinə 
aludə olmamaq, bütün canlı mövcudatlara hörmət etmək, ehtirasları 
kənarlaşdırmaq və sair idi. 
Buddizm
(nurlanan, maariflənən deməkdir) tə‟limi də qədim Hin-
distanda çox geniş nüfuza malik olmuşdur. Banisi hind şahzadələrindən 
biri Siddartha Qautama (e.ə. VI əsr) hesab olunur. Bu tə‟limin səciyyəvi 
cəhəti, onun etik- praktiki istiqamətindədir. Burada da şəxsiyyətin varlığı 
əsas yer tutur. Buddizmin əsasında aşağıdakı dörd həqiqət durur: 1) insan 
doğulandan ölənə qədər əzab çəkir 2) bu əzabın səbəbi vardır, həmin 
səbəb yaşamaq ehtirasıdır. Məhz o sevincdən və əzabdan keçərək ölüb 
yenidən yaranmağa doğru aparır 3) əzabdan azad olmaq, onun səbəblərini, 
yə‟ni bu ehtirası aradan qaldırmaq mümkündür 4) əzabdan xilas olmağın 
yolu hissi ləzzət alma ilə tərkidünyalıq, özünə əzab vermə arasında 
yerləşir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin