Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə45/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Moizm məktəbinin banisi
Mo- tsı (e.ə.475- 395) olmuşdur. O 
əvvəlcə Konfusinin ardıcılı idi. Sonradan onunla əlaqəni kəsib özünün 
müstəqil məktəbini yaratmışdı. Bu tə‟limin əsas ideyalarını ümumi sevgi, 


42 
müdrikliyə hörmət, mə‟nəvi borc və qarşılıqlı fayda götürmək təşkil edir. 
Ümumi sevgi və insanlıq dövlətdəki bütün insanlar üçün məcburidir. 
Hamı qarşılıqlı fayda əldə etməyə qayğı göstərməlidir. Bu tə‟lim 
konfusiyaçılığın əksinə olaraq «Səmanın iradəsini» inkar edirdi. Moizmə 
görə insan göylərə itaət etməklə gününü keçirməməlidir. O fəallıq 
göstərməli, mövcud ictimai qaydaları dəyişdirməyə çalışmalıdır. 
Bütövlükdə 
qədim Şərq fəlsəfəsi ilə tanışlıq göstərir ki
, burada 
ümumilikdə insanları maraqlandıran və düşündürən problemlər, (dünyanın 
və insanın mövcudluğu həyatın mə‟nası və sair) müzakirə edilmişdir. 
Qədim Şərq fəlsəfəsi Avropa və bütövlükdə dünya 
mədəniyyətinin sonrakı inkişafında çox böyük rol oynamışdır
. Bu irsin 
ən böyük mə‟nəvi nailiyyətlərindən olan 
zərdüştilik 
yunan fəlsəfəsinə və 
iudaizmə, onun vasitəsilə isə xristianlığa və islam dininə əhəmiyyətli 
dərəcədə tə‟sir göstərmişdir. 
Zərdüştün mə‟nəvi triadasından (xeyir 
fikir, xeyir söz, xeyir əməl) Demokrit öz etik baxışlarında, Anaksi-
mandr 
isə kosmoloji tə‟limində istifadə etmişdir. Yaxud da Zərdüştün 
xeyir və şərin mübarizəsi haqqında fikirləri Hegelə böyük tə‟sir 
bağışlamışdı. Fridrix Nitsşe isə Şərq fəlsəfəsi ilə yaxından tanışlıq 
əsasında «Zərdüşt belə söyləmişdir» adlı əsər yazmışdı. Yunan 
fəlsəfəsinin görkəmli nümayəndələri (Fales, Pifaqor və başqaları) şərq 
fəlsəfi fikrində irəli sürülmüş bir sıra ideyalardan faydalanaraq, onları 
inkişaf etdirmişdilər. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin