Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


cəhət- kosmosentrizm (təbiətin, kosmosun və insanın vəhdətdə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə48/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

cəhət- kosmosentrizm (təbiətin, kosmosun və insanın vəhdətdə 
götürülməsi) 
bu mərhələ üçün daha əlamətdar olmuşdur. Onu da qeyd 
edək ki, sokrataqədərki mərhələdə yaşamış mütəfəkkirlərin əsərləri bizə 
ayrı-ayrı parçalar halında gəlib çatmışdır. Yaxud da onların görüşləri 
barədə biz digər sonrakı filosoflərın əsərlərindən mə‟lumatlar əldə edirik. 
Bu dövrün fəlsəfi fikrində ontologizm üstünlük təşkil edirdi, yə‟ni varlıq 
problemi fəlsəfənin mərkəzində dururdu. 
Ikinci mərhələ, 
klassik mərhələ 
adlanır (e.ə. IV əsr). Bu mərhələ Yunan fəlsəfəsinin çiçəklənməsi 
dövrüdür. Onun səciyyəvi cəhətini cəmiyyət və insan problemlərinə doğru 
dönüş təşkil edir. Bu mərhələ Sofistlər, Sokrat, Platon və Aristotel ilə 
təmsil olunur. 
Üçüncü mərhələ, 
ellin- Roma dövrü fəlsəfəsidir (e.ə. IV 
əsrin sonları- eramızın IV əsri). Bu dövrdə qədim yunan quldarlığı böhran 
dövrünü keçirirdi. Yunanıstanın şəhərləri bir- birinin ardınca əvvəlcə 
Makedoniyanın, sonra isə Romanın tabeliyi altında düşdü. Həmin 
mərhələdə fəlsəfə başlıca diqqəti dünya və onun quruluşuna deyil, insanın 
şəxsi həyatı ilə bağlı problemlərə yönəltmişdi. Bir çox fəlsəfi məktəblər 
(epikurizm, stoisizm, skeptisizm, neoplatonizm və s.) fəaliyyət 
göstərmişdir.
2. Antik dövrün varlıq tə‟limləri 
Ilk yunan filosofları, 
Milet məktəbinin nümayəndələri
(eramızdan 
əvvəl VI əsrdə) fiziklər, yə‟ni təbiət elminin nümayəndələri idi. Onların 
görüşləri mifologiyaya, ənənəvi etiqadlara arxalanırdı. Burada isə təbiət 
ilə bağlı məsələlər geniş yer tuturdu. Lakin fəlsəfə lap əvvəldən mifoloji 


45 
dünyagörüşündən fərqli olaraq dünyanın yaranması səbəblərini öyrənməyə 
cəhd göstərirdi. Ilk dövrlərin mütəfəkkirləri hər şeyin əsasında duran ilkin 
başlanğıcı axtarırdılar. Məsələn, Fales bunu suda, Anaksimen havada, 
Anaksimandr qeyri- müəyyən predmet olan apeyronda, Heraklit isə atəşdə 
görmüşdür. 
Ilk fizik- filosoflar fəlsəfəyə dünyadakı mövcudluqların səbəbi, 
əsası haqqında elm kimi yanaşırdılar. Dünyanın yaranması və mahiyyətini 
izah edərkən səbəbiyyət məsələsini irəli sürür və onu rasional mövqedən 
əsaslandırmağa çalışırdılar. Həmin naturfilosoflar üçün həm də kortəbii 
dialektika təfəkkürü səciyyəvi olmuşdur. Belə ki, onlar kosmosu fasiləsiz 
surətdə dəyişən bir tam kimi təsəvvür edirdilər. Göstərirdilər ki, bu 
prosesdə müxtəlif formalar dəyişikliklərə mə‟ruz qalırlar. Bu dialektika 
Heraklitdə daha aydın ifadə olunmuşdur. Onun fikrincə mövcud olan hər 
şey əksliklərin mütəhərrik vəhdəti və mübarizəsi kimi anlaşılmalıdır. 
Qədim Yunanıstanda təfəkkürün metaforizmdən tam azad olması, 
hissi obrazların verdiyi bilikdən, anlayışlar ilə əməliyyat aparılmasına 
əsaslanan 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin