Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


ideyaları dərk etmək yolu ilə əldə edilir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə56/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ideyaları dərk etmək yolu ilə əldə edilir. 
Platon idrakı, dərk olunma prosesini 
yada salma kimi 
təsəvvür 
edirdi. Bu, onun irəli sürdüyü ruhun əvvəldən mövcud olması haqqında 
tə‟limlə bağlıdır. Bu tə‟limə görə hər bir insanın ruhu onun bədənində 
təcəssüm etməzdən əvvəl, yüksək səviyyəli dünyada mövcud olmuşdur. 
Burada o ideyanın bütün mükəmməlliyi və gözəlliyini seyr edə bilirdi, 
buna görə də indi onun üçün hissi hadisələr yalnız onların arxasında 
gizlənən əsl mahiyyəti açmaq üçün bəhanədir. 
Bu bəhanə vasitəsi ilə ruh 
ideyaları dumanlı şəkildə yenidən yada salır. 
Platonun 
dövlət nəzəriyyəsi də onun insan və ruh haqqında 
tə‟limi ilə sıx əlaqəlidir. 
O mükəmməl insan cəmiyyəti yaratmağı 
qarşısına məqsəd qoymuşdu. Lakin onun dövründə Yunanıstanda ictimai 
həyat polislər- şəhər dövlətləri formasında idi. Buna görə də Platon ideal 
dövlət yaratmaq planını irəli sürmüşdü. Platonun etikası kamil şəxsiyyətin 
formalaşmasına deyil, daha çox mükəmməl insan cəmiyyəti yaratmağa 
yönəlmişdir. Onun etikası fərdi deyil, sosial xarakter daşıyır. Buna görə də 
özünün siyasi nəzəriyyəsi ilə qovuşmuş şəkildə çıxış edir. 
Platon 
insanları, 
onlarda ruhun hansı hissəsinin üstünlük təşkil 
etməsindən asılı olaraq 
üç tipə ayırırdı: zəkalı, affektiv (emosional) və 
itaət edən (hissi)
. Ruhunda zəkalı tərəfin üstün olduğu insanlar gözəlliyi 
və ideyanın müəyyən etdiyi qaydaları müşahidə etməyə və beləliklə də 
yüksək xeyirxahlığa can atırlar. Onlar həqiqətə və ədalətə meyl edirlər. 
Platon 
bunları aqillər və ya filosoflar adlandırır 
və göstərirki ki, ideal 
dövlətdə onlar başçı olmalıdır. Ruhunda affektiv hissə üstün olan insanlar 
xeyirxah ehtiraslara (mərdlik, cəsurluq, borcu yerinə yetirmək cəhdi) ma-


51 
lik olması ilə səciyyələnir. Dövlətin təhlükəsizliyini qoruyan olan əsgərlər 
bu keyfiyyətlərə malik olmalıdır. Nəhayət 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin