49
kənardan götürməməli,
yalnız öz şəxsi cəhdləri sayəsində əldə etməlidir
.
Buna görə də o həqiqəti birlikdə söhbətlər keçirmək vasitəsilə axtarmağa
cəhd göstərirdi. Bu dialoqlar gedişində iştirakçılar ümumi tərəfindən qəbul
edilmiş olan rə‟yləri tənqidi surətdə təhlil edir və bu tənqidi, hamının
həqiqi hesab etdiyi bilik əldə olunana qədər davam etdirirdilər.
Sofistlər kimi Sokratın da diqqət mərkəzində insan həyatı, onun
mə‟nası, məqsədi, ədalətli ictimai quruluş problemləri durmuşdur. Sokrat
fəlsəfənin qayəsini xeyir və şərin nə olduğunu dərk etməkdə görürdü
.
O, göstərirdi ki, fəlsəfi bilik əldə etmək istəyi, yalnız o zaman əxlaqi
fəaliyyət hesab edilə bilər ki, bu biliyin özü xeyirxah xarakter daşısın.
Etik rasionalizm adlanan bu fikir Sokratın
tə‟liminin əsas mahiyyətini
təşkil edir. Onun
fikrincə əxlaqsız hərəkət həqiqəti bilməməyin
məhsuludur
. Əgər insan nəyin məhz yaxşı demək olduğunu bilirsə, o heç
vaxt axmaq hərəkət etməz. Axmaq hərəkətlər səhvin, yanlışlığın
nəticəsidir. Sokrata görə bir halda ki, əxlaqi cəhətdən şər işlər
biliksizlikdən irəli gəlir,
deməli bilik mə‟nəvi təkmilləşmənin
mənbəyidir
. O göstərirdi ki, fəlsəfə bilik əldə etmək yoludur. Buna görə
də o xeyirxah, insani və deməli ədalətli dövlət quruluşu formalaşdırmağın
mühüm vasitəsidir. Sokrata görə xeyirxah bilik əldə etmək, elə xeyirxah iş
görmək deməkdir. Bu sonuncu isə insanı xoşbəxtliyə aparır.
Sokratın tələbəsi olan Platonun tə‟limində də əxlaqi- etik mövzu
aparıcı yer tutmuşdur. O da öz müəllimi kimi etik problemlərə rasionalist
yanaşmış və belə hesab etmişdir ki, həqiqi bilik əxlaqlı davranışın əsas
şərtidir. Məhz buna görə də o sofistlərin idrak nəzəriyyəsindəki subyekti-
vizmi aradan qaldırmağa çalışırdı. Həqiqi və hamı üçün ümumi olan ob-
yektiv bilik əldə etməyə cəhd etməklə yanaşı Platon anlayışların tədqiqi
sahəsində öz müəlliminin işini davam etdirmişdir. Onun anlayışlar
arasındakı müxtəlif münasibətləri aşkara çıxarmaq sahəsindəki
Dostları ilə paylaş: