ziddiyyətsiz anlamaq olmaz .
Deməli hərəkət həqiqətdə deyil, yalnız rə‟ylərdə mövcuddur. Qədim Yunan fəlsəfəsinin ən mühüm cəhətlərindən biri
varlığın atomist izahı olmuşdur. Eramızdan əvvəl V əsrdə yaşamış Demokrit
göstərirdi ki, varlıq sadə və bölünməz fiziki vahiddən- atomlardan
ibarətdir. Onun fikrincə atomlar varlıqdır, onlar arasındakı boşluq isə qey-
ri- varlıqdır. Atomları görmək mümkün deyildir, onları yalnız zəka
vasitəsilə dərk etmək olar. Demokritə
görə atomlar müxtəlif formalıdır, boşluqda hərəkət edərək birləşirlər və bizim qavradığımız cisimləri əmələ gətirirlər . Beləliklə o, dünyanın mexaniki izahının ilkin düzgün
variantını vermişdir: hər bir tam hissələrin məcmusudur. Atomların
qarmaqarışıq
hərəkətləri,
onların
təsadüfi
toqquşması
bütün
mövcudluqların səbəbidir.
Demokritin əksinə olaraq
Platon (eramızdan əvvəl 427- 347- ci illər) varlığın idealist təsvirini vermişdir . Onun fikrincə varlıq əbədi və
dəyişməzdir. Onu hissi qavrayış deyil, yalnız zəka dərk edə bilər. Əgər
Demokrit varlığı maddi, fiziki atom kimi səciyyələndirirdisə,
Platon onu ideal, qeyri- cismani ideya hesab edirdi . O, hissidən yüksəkdə duran
dəyişməz və əbədi ideyalar aləmi ilə dəyişilən, keçici xarakter daşıyan
hissi şeylər dünyasını fərqləndirməyi irəli sürmüşdür. Cisim ilə varlığın
eyniliyini qəbul edənləri tənqid edərək Platon göstərirdi ki,
varlıq ideyadır, ideya mahiyyət deməkdir , mahiyyət sözü isə «var olmaq»,
«mövcud olmaq» sözlərindən əmələ gəlmişdir.
Platon fəlsəfənin
anlayışlı təfəkkürə doğru inkişafında mühüm rol oynamışdır . O göstərirdi ki, bu və ya digər hadisəni izah etmək üçün
onun ideyasını, başqa sözlə onun anlayışını tapmaq, buradan çıxış etmək
lazımdır. Ümumiyyətlə, anlayışların təbiətinin tədqiqi sahəsində Platonun
mühüm xidmətləri olmuşdur.
Varlığın idealist şərhi həmin dövrün bir çox mütəfəkkirlərini,
xüsusən də təbiətin real şərhini verməyə çalışanları qane etmirdi. Buna
görə də Platonun tə‟limi çox keçmədən tənqidə mə‟ruz qaldı. Bu sahədə
onun