Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Sonralar, yə‟ni XVII- XVIII əsrlərdə Avropa ic-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə46/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Sonralar, yə‟ni XVII- XVIII əsrlərdə Avropa ic-
timai fikri 
(V.Leybnis və başqaları) yenikonfusiyaçılıqla tanış olmuşdur 
ki, bu tanışlıq onun inkişafına müsbət tə‟sir göstərmişdir. 
Buddizm 
ideyaları bu günün özündə də Qərbdə geniş yayılmaqdadır. Şərq 
mütəfəkkirlərinin 
elmi irsi də çox əhəmiyyətlidir. XX əsrin ən böyük 
fiziklərindən olan V.Heyzenberq qeyd edirdi ki, kvant fizikası ilə qədim 
şərq fikri arasında bir sıra paralellər vardır. O öz y
aradıcılığına hind 
fəlsəfəsinin böyük tə‟sir göstərdiyini 
e‟tiraf etmişdir. Heyzenberqin 
fikrincə fiziki reallığın nisbilik, qarşılıqlı əlaqəlilik və qeyri- müəyyənlik 
kimi fundament səpkiləri onun özünə və fizik həmkarlarına xeyli dərəcədə 
çətin müyəssər olduğu halda, onlar qədim Hindistanın mə‟nəvi 
ən‟ənələrinin əsasını təşkil edirdi. Bundan başqa son vaxtlarda 
müasir 
fiziki konsepsiyalar ilə qədim daosizm təsəvvürləri arasında danılmaz 
paralellərin olduğu aşkar edilmişdir
1
.
 
1
Крапивенский С.Э. Общий курс философии. Волгоград 1999, с.41- 42. 


43 
II FƏSIL 
ANTIK FƏLSƏFƏ 
 
1. Qədim Yunanıstanda fəlsəfənin yaranması və inkişafının əsas 
mərhələləri 
Qədim Yunan fəlsəfəsi eramızdan əvvəl VI əsrdə yaranmışdır. Bu 
dövrdə 
ən‟ənəvi mifoloji təsəvvürlərin məhdudluğu, onların yeni 
dünyagörüşü məsələlərini həll edə bilməməsi aşkara çıxmışdı
. O za-
man burada politeizm (çoxallahlılıq) hökm sürürdü. Allahlar antromorf, 
qüdrətli və ölməz mövcudluqlar kimi təsəvvür olunurdu. Lakin onların 
hakimiyyəti müəyyən məhdudluqdan azad deyildi, insanlar kimi onlar da 
taleyə tabe idi. Allahlar ədalət carçısı və cəmiyyətdə qəbul edilmiş 
qaydaların keşikçisi hesab olunurdu. Onlar öz andından dönənləri, ailəsinə 
qarşı cinayət işlədənləri, yoxsulları incidənləri cəzalandırırdılar. 
Bütövlükdə mifoloji şüur böhran keçirirdi. Bu böhranı törədən 
səbəblər sırasında ölkənin iqtisadi inkişafı mühüm yer tuturdu. Bununla 
yanaşı ticarət və gəmiçilik genişlənir, yunan koloniyaları yaranır və sayca 
çoxalırdı. Cəmiyyətdə sərvətin artması və onun yenidən bölüşdürülməsi, 
əhalinin çoxalması və şəhərlərə axını baş verirdi. Bütün bunlar yunanların 
coğrafi üfüqlərinin genişlənməsi ilə müşayiət olunurdu. Artıq bu dövrdə 
Cəbəllütariq boğazına qədər Aralıq dənizi mə‟lum idi və ioniyalıların 
ticarət gəmiləri bu yerlərə gəlirdi. Başqa xalqlar ilə əlaqələr yarandıqdan 
sonra kainat haqqında Homerin təsəvvürlərinin dürüst olmadığı aşkara 
çıxdı. Yunanlar başqa xalqların adətləri, əxlaqı və e‟tiqadları ilə tanışlıq 
nəticəsində yəqin edirdilər ki, onların tətbiq 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin