38
pered) ibarətdir. Birincidə divlər, yə‟ni şər qüvvələrə qarşı yönəlmiş qa-
nunlar əsas yeri tutur. Ikinci kitab (Yasna) dua və sitayişlərə həsr
edilmişdir. Onun məzmunu «Qatlar»da ifadə olunmuşdur. «Vispered»
(bütün hakimlər deməkdir) adlanan üçüncü kitabda insanların mə‟nəvi
keyfiyyətlərinə, ailə- əxlaq məsələlərinə aid maraqlı fikirlər irəli
sürülmüşdür. Ümumiyyətlə «Avesta»da əsas
yeri dualizm
(ikilik)
dünyagörüşü tutur. Bu belə bir prinsipə əsaslanır: dünyada hər şey bir
birinə zidd qüvvələrin (xeyir və şər) mübarizəsi formasında
cərəyan
edir. Xeyir qüvvələrin başında Hörmüz allahı durur. Şər qüvvələr isə
Əhrimənin ətrafında cəmlənmişdir. Bu iki tərəfin amansız mübarizəsi
nəticədə xeyir qüvvələrin qələbəsi ilə başa çatır. Burada göstərilir ki, xey-
rin şər üzərində qələbə çalması üçün insanların ümumi köməyi çox
zəruridir. Bu kömək isə
aşağıdakı üç əxlaqi tələbi yerinə yetirməklə
mümkündür: xeyirxah
fikir, xeyirxah söz və xeyirxah əməl.
«Avesta»da
bu üç keyfiyyətə malik olmaq Zərdüştiliyin əsası hesab edilirdi. Bu o
deməkdir ki, insan fikirləşəndə də, danışanda da və hərəkət edəndə də
xeyirxah olmalıdır. Sözügedən müqəddəs kitabda digər mə‟nəvi
keyfiyyətlər (mehriban rəftar, doğruçuluq, gözütoxluq) də geniş təbliğ
olunur.
Bütövlükdə «Avesta»da irəli sürülmüş fikirlər sonralar təkcə şərq
xalqlarının deyil, həm də dünya mədəniyyətinin inkişafında böyük rol
oynamışdır.
3. Qədim Hindistanda və Çində fəlsəfə
Qədim Hindistan və Çin dünya sivilizasiyasının ən böyük
mənbələrindən hesab olunur. Bu ölkələrdə bizim eradan əvvəl VII- VI
əsrlərdə ilkin fəlsəfi təsəvvürlər formalaşmışdır. Qədim Hind fəlsəfəsi üç
dövrə bölünür: 1) Veda (bilik deməkdir) dövrü e.ə. I minilliyin ortalarını
əhatə edir. Bu ibtidai ictimai quruluşunun dağılması və quldarlıq quruluş-
unun meydana gəlməsi ilə səciyyələnir. 2) Epik dövr e.ə. I minilliyin II
yarısını əhatə edir. Bu dövrün üç başlıca abidəsi olmuşdur: a)
Dostları ilə paylaş: