36
Avropasentrizmə görə Şərq xalqlarında dini, mistik təsəvvürlər,
mövhumat əsas yeri tutmuşdur. Guya onlar fəlsəfi və təbii- elmi biliklərə o
qədər də maraq göstərməmişlər. Tarixi faktlar və araşdırmalar belə
fikirlərin əsassızlığını sübut edir.
Digər tərəfdən son dövrlərə qədər
qədim şərq ölkələri xalqlarının fəlsəfi və mədəni irsi kifayət dərəcədə
öyrənilməmişdi.
Bu faktın özü də ilk fəlsəfi təsəvvürlərin Avropada
təşəkkül tapdığı haqqında yanlış təsəvvürlərə müəyyən rəvac vermişdir.
Hazırda dünya mədəniyyətinin və fəlsəfəsinin ilk beşiyinin Şərq ölkələri
olduğu fikri geniş yayılmışdır. Bu ölkələr quldarlıq quruluşunun
yarandığı, elmin, ədəbiyyatın və incəsənətin meydana gəldiyi ilk
məskənlər hesab olunur. Deməli fəlsəfənin tarixi də məhz buradan
başlanır.
Qədim Misir və Babilistanda
hələ eramızdan əvvəl IV- III
minillikdə inkişaf etmiş quldarlıq dövlətləri mövcud olmuşdur. Burada
əkinçilik və heyvandarlıq ilə yanaşı sənətkarlıq da geniş inkişaf etmişdi.
Nəhəng suvarma sistemləri, misilsiz sənət inciləri olan ehramlar, saraylar
inşa olunurdu. Əkinçiliyi uğurla aparmaq üçün Nil çayının daşması və geri
çəkilməsi dövrlərini müəyyən etməyə tələbat yaranmışdı. Bu isə öz
növbəsində astronomiya və mexanika elmlərinin inkişafına təkan
vermişdi. Qədim misirlilər Günəşin və Ayın tutulmasını irəlicədən hesab-
laya bilirdilər. Ilk Misir təqvimi (ilin aylara və günlərə bölünməsi)
yaranmışdı. Misir həm də təbabət elmlərinin inkişaf etdiyi ölkə idi.
Meyitlərin yarılması, qan dövranı və mumiyalama sahəsində nailiyyətlər
bunu sübut edir.
Dostları ilə paylaş: