Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Yaxın Şərq ölkələrində ilkin fəlsəfi təsəvvürlərin yaranması



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə38/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

2. Yaxın Şərq ölkələrində ilkin fəlsəfi təsəvvürlərin yaranması 
Son vaxtlara qədər belə bir təsəvvür geniş yayılmışdı ki, guya 
fəlsəfə ilk dəfə qədim Yunanıstanda yaranmışdır. Əslində isə 
dünya 
fəlsəfi fikrinin beşiyi qədim Şərq ölkələridir
. Uzun illər ərzində bu tarixi 
həqiqət kölgədə qalmışdır. Bu 
aşağıdakı iki səbəblə bağlıdır

Əvvəla

fəlsəfə tarixini əsasən ruslar və qərbi Avropa ölkələrinin alimləri tədqiq 
etmişlər. Onlar isə fəlsəfənin yaranmasında Şərqin rolunu danır və 
göstərirdilər ki, fəlsəfə öz tarixini Yunanıstandan başlamışdır. Bu 
müəlliflər bir qayda olaraq 
avropasentrizm 
mövqeyindən çıxış edirdilər. 
Təkcə fəlsəfənin deyil, bütövlükdə mədəniyyətin, elmin və incəsənətin də 
Avropada yarandığı iddia olunurdu. Bu qəbildən olan baxışlar güya 
Avropanın Şərqə münasibətdə mədəniləşdirici rol oynadığını sübut etməyə 
yönəlmişdi. 


36 
Avropasentrizmə görə Şərq xalqlarında dini, mistik təsəvvürlər
mövhumat əsas yeri tutmuşdur. Guya onlar fəlsəfi və təbii- elmi biliklərə o 
qədər də maraq göstərməmişlər. Tarixi faktlar və araşdırmalar belə 
fikirlərin əsassızlığını sübut edir. 
Digər tərəfdən son dövrlərə qədər 
qədim şərq ölkələri xalqlarının fəlsəfi və mədəni irsi kifayət dərəcədə 
öyrənilməmişdi.
Bu faktın özü də ilk fəlsəfi təsəvvürlərin Avropada 
təşəkkül tapdığı haqqında yanlış təsəvvürlərə müəyyən rəvac vermişdir. 
Hazırda dünya mədəniyyətinin və fəlsəfəsinin ilk beşiyinin Şərq ölkələri 
olduğu fikri geniş yayılmışdır. Bu ölkələr quldarlıq quruluşunun 
yarandığı, elmin, ədəbiyyatın və incəsənətin meydana gəldiyi ilk 
məskənlər hesab olunur. Deməli fəlsəfənin tarixi də məhz buradan 
başlanır. 
Qədim Misir və Babilistanda 
hələ eramızdan əvvəl IV- III 
minillikdə inkişaf etmiş quldarlıq dövlətləri mövcud olmuşdur. Burada 
əkinçilik və heyvandarlıq ilə yanaşı sənətkarlıq da geniş inkişaf etmişdi. 
Nəhəng suvarma sistemləri, misilsiz sənət inciləri olan ehramlar, saraylar 
inşa olunurdu. Əkinçiliyi uğurla aparmaq üçün Nil çayının daşması və geri 
çəkilməsi dövrlərini müəyyən etməyə tələbat yaranmışdı. Bu isə öz 
növbəsində astronomiya və mexanika elmlərinin inkişafına təkan 
vermişdi. Qədim misirlilər Günəşin və Ayın tutulmasını irəlicədən hesab-
laya bilirdilər. Ilk Misir təqvimi (ilin aylara və günlərə bölünməsi) 
yaranmışdı. Misir həm də təbabət elmlərinin inkişaf etdiyi ölkə idi. 
Meyitlərin yarılması, qan dövranı və mumiyalama sahəsində nailiyyətlər 
bunu sübut edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin